ƏRDOĞANIN SOÇİ QƏLƏBƏSİ –Türkiyə lideri təxribat olacağı haqda Putini xəbərdar edibmiş - TƏHLİL

ƏRDOĞANIN SOÇİ QƏLƏBƏSİ –Türkiyə lideri təxribat olacağı haqda Putini xəbərdar edibmiş - TƏHLİL

 

Aleksandr Jelenin

rosbalt.ru, 18.09.2018

 

Bu həftə Suriya haqda ümidverici xəbərlərlə başlandı. Rusiya lideri, RF və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında bazar ertəsi Soçidə gedən danışıqlardan sonra bildirib ki, tərəflər "Suriya böhranının həlli, hərbi əməliyyatların dayandırılması rejiminin möhkəmləndirilməsi və humanitar durumun yaxşılaşdırılması üzərində bərk işləyir”.

Əslində, bu bildirirdi ki, Rusiyanın və Suriya hökumət qoşunlarının silahlı Suriya müxalifətinin hələ də nəzarət etdiyi, bir neçə on min döyüşçü və yarım milyona yaxın yerli sakindən savayı hazırda ölkənin başqa bölgələrindən, təxminən, bir o qədər də qaçqının yerləşdiyi İdlib əyalətinə son zamanlar hazırladığı zərbələr qeyri-müəyyən vaxta təxirə salınır. Lakin çərşənbə axşamı səhər ölkənin başqa bölgəsində –  Latakiyadakı hökumət qüvvələrinə İsrail HHQ-nin zərbələri və Fransanın Aralıq dənizində yerləşən "Overn” ("Auvergne”) freqatından raket buraxılışı haqda xəbər gəldi.

Praktik olaraq bununla eyni zamanda məlum oldu ki, Suriya HHM vasitələri, yəni S-200 zenit-raket kompleksi Rusiyanın 15 heyət üzvüylə İl-20 radioelektron kəşfiyyat təyyarəsini vurub. Onların hamısı həlak olub.

Sonra RF Müdafiə Nazirliyində bu faciədə İsrailin Latakiyaya raketlər buraxaraq Suriya HHM-nin cavab zərbələrindən, enməyə gedən Rusiya İl-20-sinin "arxasında gizlənən” dörd F-16-nın təyyarəçilərini ittiham etdilər. Bundan sonra israilli həmkarlarına "adekvat cavab” vəd ediblər.

Bununla belə, bu cür "gizlənmə” faktının özü bəzi ekspertlər tərəfindən şübhə altına alınıb. Sonra SAXAL-ın (İsrail Müdafiə Ordusu) mətbuat xidməti press-reliz yayıb və bildirilib ki, fəlakətə görə tam məsuliyyəti Suriya, habelə İran və "Hizbullah”ın İranyönlü döyüşçüləri daşıyırlar. İsrail hərbçiləri bununla yanaşı Əsəd qoşunlarının vurduğu Rusiya təyyarəsi heyətinin həlakıyla bağlı başsağlığı veriblər.

Nəhayət, Rusiya prezidenti Vladimir Putin təyyarənin məhvindən sonra "hər şeyi süpürəcək” cavab addımları elan etsə də, bununla belə, qeyd edib ki, İl-20-nin fəlakəti faciəvi hadisələr silsiləsindən doğub və işarə vurub ki, Rusiya 2015-ci ildə Rusiyanın Su-24 bombardmançısını bilərəkdən vurmuş Türkiyənin hərəkətinə paralellər aparmayacaq.

Belə, ya elə, amma İdlib ətrafındakı durumla bağlı sakitləşdirici bəyanatlarla başlanan gün son dərəcə təşvişli xəbərlərlə davam edib.

Bu arada Rusiya EA Avropa İnstitutunun baş elmi əməkdaşı, Yaxın Şərq və ABŞ üzrə mütəxəssis, "Rosbalt” icmalçısının bu durumu şərh etməyi xahiş etdiyi Aleksandr Şumilin qəti şəkildə bildirib ki, İsrail HHQ-nin hərəkətinə Rusiya qüvvələrinin hərbi cavabı olmayacaq və buna "98%” əmindir. Şumilinin sözlərinə görə, Rusiyanın İl-20 təyyarəsilə bağlı məhz son 2-3 ildə proqnozlaşdırılan hadisə baş verib (Rusiya və münaqişəyə qatılmış başqa ölkələrin, hər şeydən qabaq ABŞ və İsrailin birbaşa hərbi toqquşma ehtimalının yüksək olması nəzərdə tutulur).

Rusiya və Türkiyə arasında İdlibə görə anlaşmaya gəlincə,  Şumilin deyib ki, o, "Qərbin çox güclü basqısı altında və Suriya rejiminin kimyəvi silah işlədəcəyi halda zərbə endiriləcəyi hədəsi” nəticəsində əldə edilib. O, davam edib – bundan başqa, BMT və Körfəz ölkələrinin ərəb monarxiyaları Moskvaya təzyiq edib. O xatırladıb ki, hazırda ölkənin başqa rayonlarından bu əyalətə köç edən bir milyondan çox Suriya vətəndaşı İdlibə cəmləşib ki, bu da bu əyalətə hücumu "dinc sakinlər arasında böyük sayda qurbanla qırğına çevirərdi”.

Şumilin hesab edir ki, Türkiyə liderinin son zamanlar sərtləşən mövqeyi də Putin və Ərdoğanı bu anlaşmaya gətirib. Ekspert deyir – bu qayda ilə "bu əməliyyatda Putin üçün məsariflər əvvəlkindən daha çox ola bilərdi”.

Yaxın Şərq üzrə ekspert Mixail Maqid əmindir ki, "Soçi müşavirəsi Ərdoğanın qələbəsilə bitib”. Onun sözlərinə görə, "əldə edilən nəticə Türkiyə prezidentinin maraqlarına cavab verir, opponentlərinin deyil”.

Ekspert qeyd edib: "Tehranda bu yaxınlardakı danışıqlarda nədən söhbət getdyini yada salaq. Rusiya və İran orada İdlibdə hərbi əməliyyat keçirilməsini təkid edir, Ərdoğan isə bunu keçirməməyi təklif edirdi. Düzdür, Türkiyə prezidenti İdlibin bir hissəsi üzərində hansısa birgə nəzarət formaları, güzəştlərə yol verirdi. Onlar Tehranda anlaşmadılar, amma Soçidə məhz Ərdoğanın planı qəbul edilib. Ola bilsin, o, Türkiyənin opponentlərinə sərfəli bu və ya digər düzəlişlərlə qəbul olunub. Amma əldə edilən əsas anlaşma – İdlib şəhərini özünə daxil edən Böyük İdlib bölgəsi Türkiyənin və müttəfiqlərinin nəzarətində qalır, hərbi əməliyyat olmayacaq. Bu, yalnız "bəli” və "yox”un olduğu haldır: əməliyyat keçiririk, ya da keçirmirik. Cavab"yox”dur – məhz Ərdoğana gərəkəndir”.

Maqid hesab edir ki, Türkiyə lideri "Böyük İdlibə türk zirehli-tank və başqa birləşmələri daxil etməklə buna nail olub. Bu, Türkiyənin artıq bəzi hərbçilərinin yerləşdikləri bu bölgədə mövqeyini möhkəmlətməyə yönəlmiş nümayişkaranə bir aksiya idi. Ərdoğan eyni zamanda bildirib ki, RF, İran və Əsədin hazırladığı İdlib əməliyyatı yolverilməzdir. Ehtimal ki, Rusiya və İran hökumətləri türk ordusu ilə birbaşa üzbəüz münaqişəyə getməyə cürət etməyib – risklər son dərəcə yüksək idi. Faktiki olaraq, söhbət Türkiyənin hərbi-siyasi zəfərindən gedir, özü də qələbə bir atəş açılmadan əldə edilib”.

Ekspert hesab edir – Ərdoğan "elə bir inadla hərəkət etdi, çünki İdlib əməliyyatı onun üçün qəbuledilməz idi. Onun uğurlu olacağı halda milyonlarla qaçqın artıq ölkədə olan 3,5 milyon suriyalıya qovuşmaqla Türkiyəyə axışardı – iqtisadi və sosial fəlakət baş verərdi. Bundan savayı, Türkiyə müxalifət arasındakı tərəfdaralrı vasitəsilə ”Suriya məsələlərinə qarışmaq imkanından olardı. Nəhayət, İdlibdə Türkiyədə müdafiə etmək haqda danışılan xeyli türkman yaşayır. Ərdoğan İdlib əməliyyatının qəbuledilməz olduğunu bildirdikdən sonra simanı itirmədən bölgədən getmək mümkünsüz idi. Yekunda Ərdoğan oyunda tarifi qaldırdı və uddu”.

Maqid sazişin yerinə yetirilib-yetirilməyəcəyi haqda suala bildirib ki, çox ehtimal ki, bəli. Ekspertin sözlərinə görə, Ərdoğan eyni zamanda "kənardan sazişi pozmağa cəhd edə biləsi üçüncü qüvvənin fitnəsi haqda xəbərdarlıq edib”.

Ekspert hesab edir ki, ola bilsin, söhbət iranlılar və Əsəddən gedir.

Ekspert əmindir: "Suriyada sazişlə bağlı ən önəmli dəyişikliksıradakından ibarətdir. İran, Rusiya və Əsəd İdlibə cəmlənmiş Suriya antiəsəd müxalifət qüvvələrini tam məhv etməyə çalışırdılar. Haradasa, 80 minə qədər döyüşçünü əhatə edən və Türkiyə, Qətər və SəudiyyəƏrəbistanının dəstəklədiyi bu qüvvələr 3 milyonluq əhalisi olan bölgə üzərində nəzarəti saxladılar. İndi Türkiyənin əvvəllər işğal etdiyi digər qonşu rayonlarla (kürd Afrini və Bab-Cərablus-Əzaz rayonu) yanaşı, bu bölgədə də faktiki olaraq Türkiyə protektoratı formalaşacaq”.

Onun sözlərinə görə, "baş verənləri Suriyanın bölünməsi adlandırmaq lazım gəlir. Ölkənin bir hissəsi, 60%-ə yaxını Rusiya və İran qoşunlarının nəzarəti altındadır, özü də onlar olmasa, Əsədin ələvi qəbiləsi əhalisi əsasən sünnilər olan ölkədə, çətin ki, hakimiyyətdə duruş gətirər. İndi Suriyanın şimalında bir sıra rayonlar Türkiyə protektoratına daxildir. Təxminən, daha 20%-i (şimalda və şərqdə) amerikalıların dəstəyi ilə YPG kürd könüllü yığması əldə saxlayır. Amerikalıların Suriyadan gedəcəyi halda – bu haqda Donald Tramp çox danışıb – kürd bölgəsi, ehtimal ki, Türkiyə, RF və İran arasında bölgü predmeti olacaq. Bunun necə baş verə biləcəyini İdlibin timsalında gördük. Və bu, kürdlər üçün çox pis ssenari olar”.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}