8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Suriyanın Hava Hücumundan Müdafiə qüvvələrinin ötən həftə Rusiyanın İl-20 kəşfiyyat-radielektron mübarizə təyyarəsini S-200 raketi ilə vurmasından sonra Moskva Bəşər Əsədi S-300 kompleksləri ilə silahlandırır. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlayıb.
Xəbər verildiyi kimi göyərtəsində 15 hərbçinin olduğu Rusiya təyyarəsi İsrail qırıcılarının Suriyaya növbəti aviazərbələri vaxtı vurulub. Suriya qüvvələrinin buraxdıqları onlarla raketdən heç biri İsrail qırıcılarını vur bilməyib, amma raketlərdən biri həmin vaxt Aralıq dənizi üzərindən Hmeymin aviabazasına qayıdan Rusiya təyyarəsinə dəyib. Rusiya Müdafiə Nazirliyi təyyarənin vurulmasına görə İsraili günahlandırıb və sərt cavab tədbirləri ilə hədələyib.
Bildirib ki, İsrail qırıcıları İl-20 təyyarəsinin "arxasında gizlənərək” Suriya ərazisinə raket zərbələri endirib, bununla da təyyarəni hədəfə çevirib. Lakin prezident Vladimir Putin təyyarənin vurulmasına görə birbaşa İsraili günahlandırmayıb və hadisənin "bir neçə xoşagəlməz təsadüfün üst-üstə düşməsi” nəticəsində baş verdiyini deyib. İsrail Hərbi Hava Qüvvələrinin komandanlığı isə bildirib ki, təyyarənin vurulmasına görə Suriya və İran məsuliyyət daşıyır. Habelə İl-20 İsrail təyyarələrinin bazalarına qayıtmasından az qala bir saat sonra vurulub.
İndi belə görünür ki, Rusiya təyyarənin vurulmasına görə Suriya ordusunun köhnəlmiş S-200 komplekslərini "günahkar” sayır və Bəşər Əsədə daha müsasir S-300 kompleksləri göndərir.
"Suriya silahlı qüvvələrinə yaxın iki həftə ərzində müasir S-300 zenit-raket kompleksləri veriləcək. Bu kompleks 250 kilometrdən çox məsafədə hədəfi müəyyən edə və eyni vaxtda bir neçə hədəfi vura bilir”-Şoyqu bildirib.
Rusiya müdafiə nazirinin sözlərinə görə, S-300 özünün yüksək atəş sürətinə və digər imkanlarına görə Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin döyüş imkanlarını möhkəmləndirməlidir.
Bundan əvvəl dəfələrlə Rusiyanın Suriyaya S-300 kompleksləri verməyə hazırlaşdığı haqda xəbərlər yayılmışdı. Lakin hər dəfə İsraillə danışıqlardan sonra Rusiya bu kompleksləri göndərməkdən çəkinib. İndi Rusiya bu kompleksləri Suriyaya göndərmək qərarını rəsmən açıqlayır.