8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyanın "İl-20″ hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. "AzPolitika.info”-nun məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumata görə, Suriyanın hava məkanına daxil olan İsrailin "F-16″ qırıcılarına Hava Hücumundan Müdafiə vasitələri atəş açdıqda onlar Rusiya təyyarəsinin arxasında "gizləniblər”. Beləliklədə, "İl-20″ hərbi təyyarəsini atəşin qabağına verərək, təyyarənin vurulmasına səbəb olublar : "Təyyarənin göyərtəsində 15 nəfər olub və onların hamısı həlak olub.”
Belə məlum olub ki, Suriya hərbçiləri İsrail aviasiyasının Latakiya vilayətinə olan hücumunun qarşısını almaq istərkən təsadüfən içərisində 15 rusiyalı hərbçinin olduğu rus təyyarəsini vurublar. Rusiya təyyarəsi məhz bir neçə il öncə Kremlin suriyalılara satdığı hava hücumundan müdafiə sistemi ilə məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail Suriya ərazisinə raket zərbəsi endirməyi planlaşdırdığı haqda Rusiya tərəfini bir dəqiqə qalmış xəbərdar edib.Nəticədə "İl-20″ hərbi təyyarəsi təhlükəsiz zonaya çıxarmağa macal tapmayıb. "İsrailin Aviasiya İdarəsi və "F-16″ təyyarələrinin pilotları Rusiya təyyarəsini görməyə bilməzdilər. Belə ki, Rusiya təyyarəsi 5 km hündürlükdə enişə hazırlaşırdı.Bununla belə, onlar bu təxribata bilərəkdən gedərək, Rusiya təyyarəsinin vurulmasını nail olublar”- deyə brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
"Rusiya İsrailin bu təxribatçı hərəkətinə düşmənçilik kimi baxır və buna adekvat cavab vermək hüququnu özündə saxlayır”- deyə general-mayor sərt bəyanat verib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, İsrail hərbçiləri özlərini çox məsuliyyətsiz apariblar. "Bu isə Rusiya- İsrail tərəfdaşlıq ruhuna cavab vermir”, deyə general-mayor İqor Konaşenkov əlavə edib.
İsrail səfirliyindən isə Rusiyanın bu bəyanatını şərh etməkdən imtina ediblər. "Şərhsiz”, səfirliyin mətbuat attaşesi Aleks Qandler "Ria Novostiyə” bildirib.
Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyinin "İl-20″ təyyarəsi 17 sentyabr saat 22.00 radəılərində Aralıq dənizinin Suriya sahillərində yoxa çıxıb.
Elman AzPolitika.info