27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Tarixin ən böyük açılmamış cinayəti
Yunanıstanın keçmiş xarici işlər naziri Nikos Kotzias Avropada baş vermiş böyük miqyaslı cinayətlər barəsində açıqlamalar verib. O, minlərlə qaçqın uşağa viza verildikdən sonra onların Avropada seks köləsi olduğunu və orqan mafiyasına təslim edildiyini bildirib. Bütün dünyanı dəhşətə gətirəcək dəhşətli mənzərə Yunanıstanın keçmiş xarici işlər nazirinin dili ilə rəsmən etiraf edilib.
93 cinayət qeydə alınıb
Orqan ticarəti üçün Yunanıstanda kimsəsiz uşaqlara viza verildiyi ortaya çıxıb. Qanundankənar viza verilməsi məsələlərində əli olan bəzi diplomatları prokurorluğa göndərdiyiyini bildirən keçmiş xarici ilər naziri Nikos Kotzias kimsəsiz uşaqlara viza verildiyini və bu məsələ ilə bağlı 93 hadisənin qeydə alındığını söyləyib. Kotzias deyib: "93 qanun pozuntusu ilə bağlı işləri prokurorluğa göndərdim. Kimsəsiz uşaqlara viza verən bəzi diplomatlar həbsdədir”. Kotzias bu rəqəmin aysberqin görünən tərəfi olduğunu bildirib və deyib: "Kimsəsiz uşaqlara viza verilməsinin nə demək olduğunu bilirsinizmi? Orqan ticarəti deməkdir! Öldükdən sonra rahat yatmağıma səbəb olacaq yeganə şey isə bəzi canları zilas edə bildiyimdir”.
Qapılar tam açıqdır
Yunanıstanda tutulmuş qaçqınlar Türkiyəyə təhvil edilir. Lakin bu qaçqınlar kimsəsiz uşaqlar olduqda Avropanın qapısı tam açılır. Bunun səbəbini isə Kotziasın etirafları açıqlayır. Qaçqın məsələsində ABŞ və Avropa üç meymun tamaşasını oynadığı halda, BMT, NATO, Beynəlxalq Cinayət Məhkəməsi kimi dünya üzərində sülh və əmin-amanlığa cavabdeh olduğunu iddia edən təşkilatlar da yaxınlaşma və proqramları ilə nəsillərin itkin düşməsinə şərait yaradır.
On minlərlə uşaq itkindir
Avropanın Avropol polis təkilarının itkin uşaqlarla bağlı yaydığı hesabata görə, 2014-cü ildən etibarən 10 min nəfərdən artıq qaçqın uşaq Avropa İttifaqı ölkələrinə getdikdən sonra yoxa çıxıb. Avropolun kəşfiyyat idarəsi bu uşaqların mafiya şəbəkələri tərəfindən seks işçiliyinə və köləliyə məcbur edilə biləcəyi, orqan mafiyasının toruna düşə biləcəyi barəsində xəbərdarlıq edib.
Bu qorxunc hesabata rəğmən, Avropada heç bir cinayət işi açılmayıb, uşaqların aqibəti qeyri-müəyyən olaraq qalmaqdadir