İranın keçmiş xarici işlər naziri Türkiyədə öldü

 

İranın keçmiş xarici işlər naziri İbrahim Yəzdi Türkiyədə, cərrahiyyə əməliyyatı edildiyi İzmir şəhərindəki xəstəxanada vəfat edib.

86 yaşlı keçmiş nazir bir neçə ay əvvəl prostat xərçəngindən əməliyyat olunmuşdu. Düzdür, o, əvvəlcə əməliyyat üçün ABŞ-a getmək istəmişdi. Amma ABŞ hökuməti ona viza verməkdən imtina etdiyinə görə İ.Yəzdi Türkiyəyə yollanmışdı.

Qeyd edək ki, İ.Yəzdi 1979-cu il İslam inqilabından sonra İranın ilk xarici işlər naziri olub.

Mərhumun meyiti yaxın bir neçə gün ərzində İrana göndəriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti