Amerika Suriyadan çıxmaqla kürdləri Türkiyənin ixtiyarına buraxır –Ankaranın YPG-yə qarşı hərbi əməliyyatı Vaşinqtonla uzlaşdırılıb – Təhlil

Amerika Suriyadan çıxmaqla kürdləri Türkiyənin ixtiyarına buraxır –Ankaranın YPG-yə qarşı hərbi əməliyyatı Vaşinqtonla uzlaşdırılıb – Təhlil

 

İvan Preobrajenski

rosbalt.ru, 20.12.2018

 

ABŞ-ın öz qoşunlarını Suriyadan gerçəkdən çıxaracağına şübhə edən təkcə Vladimir Putin deyil. Amma bu, həqiqətdirsə, onda hamıdan çox kürdlərin işi pis olacaq. Amerika hərbçilərinin yerini türklər tuta bilərlər. ABŞ-ın öz qoşunlarını artıq Suriyadan çıxartdığı haqda Donald Trampın bəyanatını onun mətbuat katibi Sara Sanders təsdiqləyib. Onun sözlərinə görə, Trampın telemüraciətdə hesabat verdiyi İŞİD terrorçu qruplaşması üzərində qələbə bildirmir ki, "Suriya koalisiyası” öz varlığına son qoyur. Bu qərar nəyi ifadə edə bilər?

Birincisi, istisna deyil ki, Suriyadan qoşunlaırn çıxarılması haqda sözlər gerçəklikdə heç nəyə dəyməz – bu, sadəcə, havanı səs-küylə silkələməkdir. Qeyd etmək gərəkdir ki, hər şeyə əsasən, Vladimir Putinin şəkkak reaksiyasına görə, hələlik Moskva da belə versiyaya meyllənir. ABŞ Əfqanıstandan artıq "dəfələrlə çıxıb”, amma qoşunları qabaqkı kimi oradadır, ancaq qeyd etmək gərəkdir ki, Tramp, nəhayət, Amerika qoşunlarının oradan çıxarılması haqda planı gerçəkləşdirməyi vəd edir də.

Bundan başqa, Amerikanın artıq bir neçə nüfuzlu senatoru Trampın bu qərarına qarşı çıxış edib – onlar narazıdırlar ki, ABŞ Suriyanı Moskva və Tehranın ixtiyarına buraxır. Yeri gəlmişkən, Rusiya da artıq bildirib ki, Suriyadan çıxmağa başlayır. Amma kim dəqiq deyə bilər ki, bundan sonra orada Rusiya qoşunları yalnız çoxalmayıbmı?

Tutuşdura biləcəyimiz başqa bir örnək Suriya ilə qonşu İraqdır. ABŞ Səddam Hüseyn rejimini məhv edəndən sonra oradan doğrudan da gedib. Düzdür, belə də oranın tüstülənən xarabalıqlarında etibarlı nəsə qurmağa macal tapmayıb. Sonun necə olduğu hamının yadındadır. İraq, az qala, terrorçular üçün asan qənimətə çevrilmişdi. Yezidlərin kütləvi soyqırımı, köləlik, minlərlə öldürülən və nəhayət, İraq və Suriya ərazilərində təcavüzkar islamçı dövlət qurmaq cəhdləri – bütün bunlar amerikalıların gedişinin bəhrələridir. Əslində, Suriyaya da girmək lazım gəldi ki, İraqdan çıxmağın nəticələrini aradan qaldırsınlar.

Aydındır ki, əhatəli qoşun qrupunun ölkənin işlək dövlətin bərpa edilmədiyi ərazisinin bir hissəsindən gedişindən sonra qaçılmaz şəkildə hakimiyyət, güc və quruluş boşluğu meydana çıxır. Boşalan məkana labüdən kimsə gəlir. Ya da, variant kimi, İŞİD kimi yeni güc yaranır. Bax, ABŞ da Suriyadan doğrudan da gedərsə, öz arxasında boşluq buraxa bilməz. "Müqəddəs yer boş qalmır” – Suriya kürdlərinə qarşı yeni əməliyyat hazırlayan və hətta amerikalılarla razılaşdıran Türkiyə də artıq ilk sifarişini verib.

Bu xalq Suriya siyasətində ideal xırda pul olub. Güclü kürd muxtariyyəti, xüsusən də dövləti heç kimə gərək deyil. Rusiyanın müttəfiqi Suriya prezidenti Bəşər Əsəd daxil olmaqla hamı, bir də amerikalıların özləri də kürdlərlə ötəri ittifaqa girməyə hazırdır, amma heç kim onların maraqlarını ciddi qorumağa hazırlaşmır. Və budur, kürd silahlı birləşmələrinin fəal yardım etdiyi amerikalılar gedir, muxtariyyəti faktiki olaraq taleyin, daha doğrusu, Ankaranın ixtiyarına buraxırlar.

Hər şeyə əsasən, türklər bundan sonrakı hərəkətlərini Vaşinqtonla artıq uzlaşdırıblar. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Trampın bəyanatından bir an sonra ABŞ dövlət katibi Maykl Pompeo ilə ABŞ qoşunlarının Suriyadan qarşıdakı çıxışını telefonda müzakirə edib. Özü də, informasiya agentliklərinin ayrıca dəqiqləşdirdiyi kimi, Türkiyə tərəfi ilə bu danışığın ayrıntıları prinsipcə elan edilməyib.

Türkiyə amerikalıları əvəz edə bilməsə, onda bunu nəzəriyyədə onların avropalı müttəfiqləri edə bilər. Düzdür, onların ilk qıcığından görünür ki, belə bir perspektivə sevinmirlər. Əvəzində Moskva açıqca ümid edir ki, Amerika nüfuzunun zəifləməsi Bəşər Əsədə loyal Suriya hökumətinin keçid qurumlarını sürətlə formalaşdırmağa, sonradan isə ölkə idarəçiliyinin bütün rıçaqlarını formal prezidentin əlinə tam qaytarmağa imkan verər.

İslamçı döyüşçülərin reaksiyası məlum deyil. Amma, yəqin ki, onlar da baş verənlərdə özləri üçün necəsə bir imkanlar pəncəsəri görürlər.  Ümumiyyətlə, amerikalıların gedişinə kürdlərdən savayı hamı sevinir. Çox güman ki, Suriyanın hərbsonarsı idarəçiliyi məsələsi Ankara, Moskva, Tehran və Avropa paytaxtları arasında onların hesabına da  həll olunacaq. Əlbəttə, amerikalıların Donald Trampın planını doğrudan da yerinə yetirəcəyi şərtilə.

 

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}