Bakının bu əraziləri yenidən qurulur -
SƏRƏNCAM
İcra hakimiyyəti 29 min manatlıq mebel və avadanlıq alır
Əvvəl müqavilə, ödəniş, sonra… –
TƏBİB-in xəstəxanalarına müraciət edən firmalara şərt qoyuldu
“Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi –
Ölkə rəhbərliyinə ŞOK məktub
54 milyonun talanmasında qohumları da iştirakçı olub -
RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Prezident qəbul keçirdi
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir -
FOTO
Siyəzən sakinləri icra başçısının fəaliyyətindən narazıdır... -
ŞİKAYƏT
Prezident Xocalı sakinləri ilə görüşdü -
FOTOLAR
Polis Bakıda mağazaları talayan şəxsi saxladı
Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olunub-
FOTO
Əvvəlki
Sonrakı
Polşada HƏYƏCAN: Müdafiə qüvvələri təcili SƏFƏRBƏR EDİLDİ
10-09-2025, 10:22
Trampın planı dərc edildi
18-08-2025, 13:24
KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır
4-08-2025, 08:32
Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
13-07-2025, 14:49
NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR –
Biabırçı olay + FOTO
4-07-2025, 23:20
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Bir professor gedib saatlarla Mir Mövsüm Ağanın məzarı başında…” -
Müsahibə
Millət vəkili Fazil Mustafanın Yenisabah.az-a müsahibəsi:
- Fazil bəy, Sabirabadda iki qardaşın məscidi yandırmasını adi hadisə kimi qiymətləndirdiniz. Hətta həmin şəxslərin həbs olunmaması üçün hüquq mühafizə orqanlarına müraciət etdiniz. Bu, Allahın evinə etinasızlıqdan irəli gəlir, yoxsa hədsiz dərəcədə humanistsiniz?
- Xeyr, əslində, ortada humanizm yoxdur, sarkazm var. Yəni orada sadəcə ümumi problemə toxunulub ki, məscidlər mahiyyətcə onsuz da yanmış vəziyyətdədir. Çünki dinlə əlaqəsi olan əsas komponentlər ortadan qalxıb. Nəzir yığırlar və ancaq dedi-qodu edirlər. Ona görə də məscid məsələsində dəyişiklik edilməlidir. Məscid bir kitab, düşüncə, insanların bilgilənmə yerinə çevrilməlidir. Bu baş vermədiyinə görə onsuz da yanmış haldadır. Yəni dediklərimdə ironiya vardı.
Maraqlıdır ki, Türkiyədə vaxtilə Əziz Nesinin olduğu oteli də dindarlar yandırmışdı. İndi isə dindar təkcə oteli yandırmır, həm də məscidi yandırır, deməli, dəyərlər xeyli itib. Bu dəyərləri yeni formada dirçəltməyə ehtiyac var ki, dindar kəsmək, boğmaq, öldürmək, yandırmaq anlayışları ilə yetişməsin, dindar daha humanist, Allahın istədiyi insan obrazında yetişə bilsin. Əslində, məqalədə verilən mesaj bu idi.
- Sabirabaddakı insidentin kökündə nəzir məsələsi dayanır. Azərbaycanda yığılan nəzir pullarının təyinatı məlum deyil, bununla bağlı hesabatlılıq yoxdur. Sizcə, bu məsələ necə tənzimlənməlidir?
- Azərbaycanda xüms adı ilə yığılan pulların da təyinatı xarici ölkələrə daşınmadır. Bəli, bu gün nəzirin hansı mənbəyə getdiyi bəlli deyil. Ancaq buna görə kimisə qınamaq olmaz. Çünki ağlı başında olan insan ova çevrilmir. Ağlı başında olmayan, müəyyən dərəcədə dini öyrənməyən, mövhumata uyan insanlar olur ki, onları aldatmaq çox asandır. 100 ildir onları aldadırlar. Ona görə də ağılı başa toplamaq lazımdır, Allah kitab verib, götür, kitabı oxu, anla ki, Allahdan başqa kimdənsə nəsə istəmək olmaz. Allahın iradəsinə görə bir insan olaraq varlığını sürdürə bilərsən. Məsələ budur. İndi bu insan Allahdan o tərəfə özünə başqa bir nicat yolu tapmağa çalışırsa, bu artıq onun öz problemidir.
- Nəzir pullarını kimlər hansı məqsədlər üçün xərcləməlidir?
- Onlar daha çox məscidin ehtiyacları üçün xərclənməlidir. Belə yazılır, amma təbii ki, qutulara salınan nəzirə nəzarət etmək mümkün deyil. Əslində, məscidin ehtiyaclarını qarşılamağı dini icma öz imkanları daxilində bacarmalıdır. Hər bir məscidin özünün dini icması var və orada da imkanı olan şəxslər olur ki, onlar öz dəstəklərini göstərirlər. İndiyədək məscidləri bu formada saxlayıblar. Ümumiyyətlə, nəzir qutusu bir qədər primitivliyin göstəricisidir. Bu, başqa ölkələrdə də var. Sadəcə Allah adına olan bir yerdə onun adı ilə hər hansısa bir yığımı həyata keçirmək vicdana bağlı olmalıdır, onu inzibati nəzarətlə həyata keçirmək çətindir.
- İki yüz ildən çoxdur ki, Azərbaycan ziyalıları din xadimlərini tənqid, bəzən isə təhqir edirlər. Bu adamlarla nəyi bölüşə bilmirsiniz?
- Burada din xadimləri təhqir olunmur. Ümumiyyətlə, normal din xadimini heç kim təhqir eləmir. Allah yolunda olan, imanı ilə əməli üst-üstə düşən insanların hər hansısa bir şəkildə təhqir olunduğunu görməmişəm.
Məsələn, maraqlı bir faktı deyim. Mirzə Fətəli Axundovla Qafqazın şeyxülislamı Əli Bəy Hüseynzadənin atası yaxın dost olub. Axundovun dinə qarşı münasibəti bəllidir, digəri isə dindar adam idi. Dostluqları ona görə möhkəm idi ki, ikisi də aydın, ziyalı adamdı. Ziyalının isə dindarı, ateisti olmur, ziyalı elə ziyalıdır. Bu gün Azərbaycanda bütövlükdə XIX-XX əsrin analogiyasına uyğun olaraq ziyalı obrazları yoxdur, çoxu din cəhətdən savadsız olduğuna görə bu problemə toxunmaq istəmir, elə özləri də mövhumatçının biri olur.
Bir professor da gedib Mir Mövsüm Ağanın məzarı başında saatlarla oturur, qurban kəsir, bir həkim də, bir cahil də. Bunların hamısı narahatedici məqamlardır. Tarix boyu bizim ziyalılarımız anlayıb ki, bu cəmiyyətin ən böyük problemi saxta dindir. Bu dinin islamla əlaqəsi yoxdur, bizim yaşadığımız din İslamın bütün mahiyyətinə zidd olan bir dindir. Ona görə də bu din ya cahil, ya da qatil yetişdirir. Çox az hallarda dini sferadan savadlı, yetkin dünyagörüşünə sahib düşüncə adamı çıxır. Böyük əksəriyyət ateist, dinə loyal münasibət bəsləyən sferadan gəlir. Ona görə də bunu həll etmək lazımdır.
İslam dini elə bir dindir ki, ağıllı adamı daha da müdrikləşdirir, səfehi isə daha da səfehləşdirir. Diqqət edirsinizsə, minlərlə insan, bəlkə də, hələ Quran oxumadan, başlarına hicab taxmadan əvvəl daha səmimi idi, amma dinin içinə girdikdən sonra saxtakar və dələduza çevriliblər. Amma elə insanlar da var ki, müdrikdir, ağıllıdır, dini sistemi öyrənəndən sonra da daha səviyyəli davranış nümayiş etdirir.
- Azərbaycan 30 ildi müstəqil dövlətdir. Niyə bu müddət ərzində cəhalətə və xurafata savaş açan yerli din xadimlərimizi yetişdirməmişik?
- Bizim din siyasətimiz kökündən yanlışdır. Yanlış olduğuna görə də cəhaləti bilavasitə müəyyən dərəcədə stimullaşdıran bir siyasət yürütməkdəyik. Əslində, biz cəhalətə qarşı nə qədər sərt görüntü nümayiş etdirsək də, hazırda hətta sovet hökumətinin apardığı mübarizədən də daha zəif bir mübarizə aparırıq. Əgər biz bu gün pirləri legitimləşdiririksə, məchul hansısa ziyarət yerini ibadət yerinə çevirib minlərlə insanı oraya təhrik ediriksə, deməli, biz özümüz bunu stimullaşdırırıq.
Müasir Azərbaycanda dini cəhalətin təhlükəsi yüz il öncədən daha təhlükəli vəziyyətdədir. Ona görə də bunu yığıb-yığışdırmağımız çətin olacaq. Ötən əsrin ziyalıları bu istiqamətdə daha fəal idilər, çünki onlar birinci növbədə müqayisə edə bilirdilər, dini bilgiləri vardı. İndikilər müqayisə edə bilmirlər. Bilgi olmayanda nəyin doğru, nəyin yanlış olduğunu deməkdə çətinlik çəkərsən və bir yobaz dindarın, saxtakar mollanın dediyi istiqamətdə düşüncə formalaşdırarsan. Ona görə problemlər artmağa başlayır. Azərbaycanın gələcəyi üçün hətta ermənidən də böyük təhlükə cəhalət və xurafatdır. Bu, xarici ölkələrdən stimullaşdırılır. Xüsusi olaraq ölkəmizin alt qatında cəhalət minaları yerləşdirilir, bu partlasa, Azərbaycan üçün böyük faciələr olacaq.
- Danabaş kəndinin Danabaş şəhərinə çevrildiyini iddia edirsiniz. Bəlkə, ziyalılarımızın başı vəzifə, mandat arzularını gerçəkləşdirməyə, ev, maşın almağa qarışdığı üçün cəmiyyət sürətlə cəhalətin girdabına yuvarlanır…
- Cəmiyyətin cəhalətə getməsi doğrunun anlatılmaması ilə bağlıdır. Bir uşaq düşünün, sən o uşağın hər dəfə kola içməsinə mane olmursansa, uşaq suya meyil etməyəcək. Hətta bulağın başında da görsə ki, kola satılır, onu istəyəcək. Azərbaycan cəmiyyətində də təqribən bu vəziyyətdir. Kolaya alışmış cəmiyyət onun fəsadları barədə düşünmür. Təmiz suyu görəndə belə kolanı istəyir, o suyu təklif edənə isə lağ edirlər, onu linç etməyə başlayırlar.
Bizdə, Danabaş kəndi bir metafordur, əslində, Danabaş meqapolisi demək lazımdır, çünki bu bir şəhərdən ibarət deyil. Təsəvvür edin ki, Azərbaycanın müəyyən kəndlərində yeni doğulan uşaqların hamısı mollaya oxşayan vəziyyətdə ifşa olunmuşdu. Çünki uşağı olmayan qadınlara mollaların necə davrandığı məlumdur.
Yaxud da bir “qaloş piri” məsələsi vardı. Hamı gəlib başını qaloşa sürtərək yardım istəyirdi. Bu, kütləvi ritual idi. Bu kimi məsələlərdə danabaşçılıq sadəcə bir kənd metaforu deyil, bütövlükdə, cəmiyyəti bürüyən təhlükədir. İnsanbaşçılıq prosesini gücləndirmək lazımdır, biz arxayın olmayaq ki, təhsilimiz var, çünki təhsilimiz də ağıllı insan az yetişdirir. Təhsilimiz formal, diplom üzərində qurulan təhsildir. Bu kimi məsələlər cəmiyyətimizin gələcəyi üçün ciddi təhlükə yaratdığına görə biz bu gün məsələyə sərt reaksiya veririk.
- İnsanları kütləvi şəkildə cahil, gerizəkalı, hətta danabaş adlandırmaqla onları maarifləndirmək mümkündürmü? İyirmi birinci əsrdə Axundzadənin, Mirzə Cəlilin ritorikası ilə danışmaqla cəmiyyəti maarifləndirmək olarmı?
- Təbii ki, cəmiyyəti bununla maarifləndirmirsən, amma bununla müqavimət göstərdiyini ortaya qoyursan, çünki görürsən ki, xeyli qorxaq və özünü kənara çəkən, sadəcə pıçıltı ilə bu problemləri söyləyən insanlar var. Düşünən insanların hamısı bu təhlükəni görür, sadəcə açıq şəkildə ona görə dilə gətirə bilmirlər ki, problemin mahiyyəti ilə bağlı dərin bilgi sahibi deyillər. Buna görə də mübahisədən qorxurlar.
Bizim torpaqlarımızın bir qismi erməni işğalı altında idi, bu gün isə Azərbaycanın böyük bir qismi din işğalı altındadır. Düşüncə olaraq başqa ölkədən idarə olunur. Bu, müstəqilliyimiz üçün böyük təhlükədir. Biz problemlərə vicdan məsələsi kimi baxırıq, dövlətimizin, millətimizin gələcəyi üçün bir ürək yanğısı ilə gündəmə gətirməyin vacibliyini düşünürük.
Kimsə təbii ki, buna görə bizə qarşı dərhal hücum taktikasına keçir. Biz isə mənbəyi də xaricdə olan böyük bir şəbəkənin qarşısında dururuq. Amma təəsüf ki, dövlət səviyyəsində bu kimi məsələlərə qabiliyyətlə yanaşılmır, laqeyd yanaşılır. Əgər düzgün yanaşılsa, Azərbaycanda cəhalətə qarşı daha ağıllı mübarizə formalarının gerçəkləşdiyini və nəticədə cəhalət səviyyəsinin azaldığını görərik. Bunu edərək əsas da müstəqilliyə təhdidinin qarşısını alarıq.
Oxşar Xəbərlər
Azərbaycanda məscidləri yandıran qardaşlar saxlanılıb -
Komitə sədrindən məscidin sökülməsinə reaksiya:"Ajiotaj yaradanlar dindən kənar qüvvələrdir”
Sabiq nazirlər milyonluq mülklərini NİYƏ SATIŞA ÇIXARIB?
Komitə on dini icmaya pul verdi:Məscid xadimləri radikalizmə qarşı layihələr həyata keçirəcək
Xəbər lenti
Bakının bu əraziləri yenidən qurulur -
SƏRƏNCAM
İcra hakimiyyəti 29 min manatlıq mebel və avadanlıq alır
Əvvəl müqavilə, ödəniş, sonra… –
TƏBİB-in xəstəxanalarına müraciət edən firmalara şərt qoyuldu
Leysan yağacaq –
XƏBƏRDARLIQ
“Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi –
Ölkə rəhbərliyinə ŞOK məktub
54 milyonun talanmasında qohumları da iştirakçı olub -
RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Prezident qəbul keçirdi
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir -
FOTO
Siyəzən sakinləri icra başçısının fəaliyyətindən narazıdır... -
ŞİKAYƏT
Prezident Xocalı sakinləri ilə görüşdü -
FOTOLAR
Polis Bakıda mağazaları talayan şəxsi saxladı
Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olunub-
FOTO
İrəvan Ağrı dağına olan iddalarından əl çəkir? -
Real Ermənistan ideologiyasının müasir tələblərinə uyğun deyil"
Soydaşımız Rusiyada deputat seçildi
Xocalının Daşbulaq kəndinə ilk köç oldu.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun 15 Sentyabr – Bilik Günü münasibətilə təbriki
Müdafiə naziri Pakistana başsağlığı verdi
“Vüsal 300” barəsində cinayət işi başlanıldı -
Ofisi möhürləndi
Bu bürclər sentyabrın sonunadək xoş xəbərlər eşidəcək
Bakıda bu avtobuslar yeniləndi:
Gediş haqqı...
SOCAR-ın yaranmasından 33 il ötür
Bu kursları bitirənlər həkim ola bilməz -
RƏSMİ
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
Bu şəxslərə EV VERİLDİ
Ətin qiyməti 20 manatı KEÇƏCƏK -
“Ot yoxdur, yem yoxdur...”
Sürücülük vəsiqəsi ilə bağlı qərarın detalları açıqlandı
Sürücülərin DİQQƏTİNƏ:
Bakıda bu yol bağlanır
Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti dayandırılır
Diqqət:
Bu universitetlərin diplomu Azərbaycanda TANINMIR!
Riskli hava bu tarixə qədər davam edəcək –
Bakı sakinlərinə XƏBƏRDARLIQ!
GƏNCƏ-DAŞKƏSƏN RTİ-nin rəhbəri ELÇİN KƏRİMOVUN "bazar"ında Təranə Cəbrayılovanın POSTU
Xocalının daha bir kəndinə ilk köç-
FOTO
“Oturub uşaqlara normal dərslik yazmaq lazımdır” -
Nazir
“Şou-biznesin ən bahalı geyimləri –
Kim milyonluq zinətlərlə səhnəyə çıxır?
Bakıda bank kartlarından oğurluq edənlər saxlanıldı
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb?
“Atlas Medikal”da həkim olmayanlar pasiyentləri necə müayinə edir?
Mülki azərbaycanlıların öldürülməsi ilə bağlı sənədlər elan olundu
Bakıda bu şəxslər saxlanıldılar -
VİDEO
Dövlət məktəbləri üçün avtobuslar ayrılacaq? –
Nazirdən AÇIQLAMA
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... -
FOTO
Keçmiş müdafiə naziri həbs edildi
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
Bakı Şəhər DYP İdarəsinin yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏTİ
Bu məzunların diplomu niyə tanınmır? -
Ekspert
Problemli kreditlər sürətlə artır:
nə baş verir?
Ətin qiyməti buna görə artır -
AÇIQLAMA
“Onlar oxucuya, izləyiciyə nümunə ola bilməz!” –
ŞOK AÇIQLAMA
Sahil Babayev TƏBİB və İTS-də nələrin izinə düşüb? - İlginc detallar
PRİZMA
İlham Əliyev: Qlobal Liderlik və Beynəlxalq Nüfuz- Yengibar Əliyev yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
8 avqust- Rusiyanın və İranın ikiqat məğlubiyyəti
SOSİAL
1
2
3
4
5
6
Leysan yağacaq –
XƏBƏRDARLIQ
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun 15 Sentyabr – Bilik Günü münasibətilə təbriki
Bu bürclər sentyabrın sonunadək xoş xəbərlər eşidəcək
Bakıda bu avtobuslar yeniləndi:
Gediş haqqı...
Bu şəxslərə EV VERİLDİ
Sürücülük vəsiqəsi ilə bağlı qərarın detalları açıqlandı