27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Orta nəslin nümayəndələri XX əsrin sonlarında Azərbaycanda gedən siyasi prosesləri, yaşanan hadisələri, siyasi partiyaların uğursuz fəaliyyətini yəqin ki, xatırlayar. Ölkədə yaranmış çətin və mürəkkəb vəziyyət tez-tez hakimiyyətdə dəyişikliklərə səbəb olmuş, ölkədə siyasi böhran təhlükəli həddə çatmışdı.
Bu səbəbdən böyük siyasətçi, dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və ölkədə yeni yüksəliş mərhələsinin əsası qoyuldu. Həmin ildən başlayaraq partiya apardığı uğurlu siyasət nəticəsində qısa müddətdə minlərlə insanı öz ətrafında topladı. Ölkədə aparılan islahatlar qısa zaman kəsiyində öz nəticəsini də verdi. Az müddətdə inqilabi sıçrayış kimi səciyyələndirilən sosial və iqtisadi infrastrukturun yenidən qurulması, əhalinin rifahının ildən-ilə yaxşılaşması, işsizlik və yoxsulluq problemlərinin həlli istiqamətində mühüm işlər görüldü. Bununla yanaşı, cinayətkar dəstələr zərərsizləşdirildi, transmilli layihələr, dünyanın böyük şirkətləri ilə imzalanan müqavilələr Azərbaycanın iqtisadi gücünü artırdı. Azərbaycan nəinki iqtisadi və sənaye gücünü artırdı, eyni zamanda hərbi sahədə də böyük nailiyyətlər əldə etdi, döyüş qabiliyyəti təkmilləşdi.
Partiyamızın yaranması bir tərəfdən Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, ağır böhranın nəticələrinin aradan qaldırılması ilə bağlıdırsa, digər tərəfdən bu, Ümummilli liderə olan sonsuz xalq etimadının, onun böyük partiya və dövlətçilik təcrübəsinə inamla bağlıdır.
Bu gün Azərbaycanda regionların sürətli inkişafı ölkədə iqtisadi vəziyyətin nə durumda olduğundan xəbər verir. Bunun bariz nümunəsi kimi Naxçıvan Muxtar Respublikasını göstərə bilərik. Muxtar respublikada aparılan quruculuq, abadlıq işləri hər kəsə məlumdur. Təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, elm, idman sahəsində qazanılan uğurlar isə aparılan siyasətin nəticəsidir. Təbii ki, qazanılan, əldə edilən bu uğurlar Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev siyasətinin davamıdır. Naxçıvanda təsis olunan bu partiya hazırda uğurla fəaliyyət göstərir.
Amma... Naxçıvanda görülən bu işlər nədənsə baş hərfləri bir yerdə olarkən tələffüzü çətinləşən (BAXCP) partiya liderinin ürəyincə deyil. Son günlərdə sosial şəbəkələrdə boy göstərən, daha doğrusu sosial şəbəkələrin "fenomeninə” çevrilən bu partiyanın rəhbəri Naxçıvanın muxtariyyəti ilə bağlı absurd fikirlər səsləndirir. O şəxsin nəzərinə çatdırıram ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir.
Hələ də öz gülünc doğuran açıqlamaları ilə diqqət çəkməyə çalışan bu partiya lideri deyəsən bilmir ki, beynəlxalq hüquqi əsası olan bu müqavilələr heç vaxt ləğv oluna bilməz. O da faktdır ki, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun ləğvinə çalışan qüvvələrdən biri Ermənistandır. Deməli, hələ də düşmən dəyirmanına su daşıyan "qəhrəman”larımız var.
Qeyd etdiyimiz kimi Yeni Azərbaycan Partiyasının bugünkü siyasi fəaliyyəti ölkəmizin inkişafına, sabitliyin qorunmasına yönələn bir addımdır. Bu gün partiya öz ətrafına gənclər ordusu toplayıb. Mənim özüm 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hazırda isə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədriyəm. Əminliklə deyə bilərəm ki, gənclik partiyanın apardığı siyasəti dəstəkləyir. Bunun nəticəsidir ki, partiyamızın hazırda üzvlərinin 22 min 577 nəfəri gənclərdir. Gənclər Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri cənab Vasif Talıbovun apardığı uğurlu siyasəti dəstəkləyir və sonadək də dəstəkləyəcək. Partiyamızın gücünü isə ölkə başçısı, partiyamızın sədri cənab İlham Əliyev belə xarakterizə edir: "Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.