Bakıda qadın özünü 16-cı mərtəbədən ataraq intihar edib

Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə iyulun 29-da rayonun Hidayətzadə küçəsi ev 49/51, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Tamilla Tofiq qızı Mustafayeva yaşadığı 18 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti