Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Nəsimi rayonu ərazisində də avtomobil yollarının yenidən qurulması işləri aparılır. Rayonun Asəf Məhərrəmov küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yarım ilə yaxındır ki, küçənin təmiri aparılsa da işlərin nə vaxt başa catacağı bilinmir. Bu təmir işi ilə bağlı bir məsələni qeyd etmək lazımdır ki, Başı şəhərinin keçmiş icra başçısı Hacıbala Abdutalıbov tərəfindən qoyulan keyfiyyətçə çox yüksək və davamlı mərmər bardurların götürülüb yerinə betondan tökülmüş keyfiyyəıtsiz bardurlarla əvəz olunması insanlarda təcüb doğurur. Görəsən AAYDA rəhbərliyinin Nəsimi, Yasamal və digər rayonların ərazisindəki avtomobil yollarının kənərlarına düzülmüş keyfiyyətli mərmər bardurları götürüb yerinə keyfiyyətsiz beton bardurları düzməkdə məqsədləri nədir? Təqdim etdiyimiz bu şəkillər də Asif Məhərrəmov küçəsindədir.
A.Məmmədli,
"Yeni Sözcü”