29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Sabirabadda "qara yara"ya yoluxan 58 yaşlı kişinin vəziyyəti artıq yaxşılaşıb.
Sozcu.info xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Mərkəzdən bildirilib ki, hazırda müalicəsini davam etdirən xəstə yaxın 1-2 gün ərzində evə buraxılacaq.
Xatırladaq ki, Sabirabadda iki nəfər "qara yara"ya yoluxmuşdu. İyulun 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib.
Qeyd edək ki, "qara yara" heyvandan və torpaqdan yoluxan infeksion xəstəlikdir, insandan insana keçmir.