Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Çoxillik araşdırma nəticəsində Makedoniyalı İskəndərin ölüm səbəbi müəyyən edilib.
Sərkərdənin ölüm səbəbi 1995-ci ildən alimlər tərəfindən tədqim edilir. Son araşdırmaları aparan Aristotel Universitetinin alimləri doktor Tomas Qerasimidisin rəhbərliyi altında belə qənaətə gəliblər ki, İskəndər pankreonekrozdan - mədəaltı vəzin kəskin iltihabından dünyasını dəyişib.
Alimlərin fikrincə, onun bu səbəbdən ölməsi şərab və yağlı yeməyə meyilli olması ilə əlaqədar ola bilər. Alimlər onun ömrünün son günlərini təsvir edən tarixi sənədlər əsasında belə qənaətə gəliblər ki, ölümdən öncə onda halsızlıq, qarın nahiyəsində güclü ağrılar, qızdırma olub ki, bu da məhz həmin xəsətliyin əlamətləridir.
Lakin bu vaxta qədər Makedoniyalı İskəndərin malyariya, pnevmaniya, yatalaq kimi xəstəlikdən dünyasını dəyişməsi barədə fikirlər səsləndiriblər.
Xatırladaq ki, Makedoniyalı e.ə. 323-cü ildə 32 yaşında vəfat edib./trend/