Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
R.Arifoğlu onu da diqqətə çatdırıb ki, vətəndaşların dəstəyi ilə seçilərsə pensiya yaşının aşağı salınmasını, uşaqpulunun bərpasını, doğuma görə birdəfəlik müavinətin artırılmasını Milli Məclisdə qaldıracaq. Çünki ailələrdə doğulan uşaqların sayı azalır, bunun qarşısını almaq üçün də uşaqlara yönəlik layihələr olmalıdır.
Qazın limitinin aradan qaldırılması, elektrik limitinin ləğv olunması ilə bağlı danışan R.Arifoğlu enerji istehsalçısı olan Azərbaycanda bu məsələlərin həll edilməsini zəruri sayıb. O, gənc nəslin sağlam böyüməsi üçün Abad həyət layihəsinin bütün qəsəbələrə gəlməsinin zəruri olduğunu qeyd edib.
Bundan başqa, pulsuz təhsil, aztəminatlı ailələrin istedadlı uşaqlarının inkişafına dəstək, müəllimlərin maaşının artırılması da R.Arifoğlunun platformasında bir nömrəli məsələdir.
R.Arifoğlu həmçinin Milli Məclisdə səhiyyədə icbari sığorta məsələsini, xərçəng, şəkərli diabet, vərəm xəstələrinin pulsuz müalicəsinin reallaşmasını da qaldıracağını deyib.
Görüş sakinlərin şəxsi və məhəllə səviyyəsində problemlərinin namizədə çatdırılması ilə davam edib.