Ağ Ev “qrin kart” verilməsi qaydalarını sərtləşdirmək hüququ qazanıb

Ağ Ev “qrin kart” verilməsi qaydalarını sərtləşdirmək hüququ qazanıb

 

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın administrasiyasına "qrin kart”ların verilmə qaydalarını sərtləşdirməyə icazə verib.

Bu barədə Sozcu.info  xəbər verir.

"The Washington Post” qəzetinin yazdığına görə, yeni qaydalara əsasən, hökumət qanuni miqrantların dövlət yardımlarına bel bağladığından şübhələndiyi təqdirdə onlara "qrin kart” verilməsindən imtina edə bilər.

Hakimlərin fikirləri haçalanıb: 5 nəfər bu icazənin verilməsinin lehinə, 4 nəfər isə əleyhinə səs verib.

Xatırladaq ki, Ağ Ev hələ 2019-cu ilin avqustunda "qrin kart”ların verilməsi qaydalarını sərtləşdirib. Sərəncam oktyabr ayının ortalarında qüvvəyə minməli olsa da, Nyu-Yorkdakı İkinci Dairə Apelyasiya Məhkəməsi sərəncamı əngəlləyib.

Yeni qaydalar "qrin kart”ların verilməsindən imtina qərarına təsir edən amillərin siyahısını xeyli genişləndirir. Məsələn, "Medicaid” güzəştli tibbi sığortasından istifadə və qida talonları alınması proqramında iştirak nəzərə alınacaq.

Qeyd olunur ki, hər il, təxminən, 544 min miqrant "qrin kart” üçün müraciət edir, dəyişikliklər isə 382 min insana təsir edə bilər.



Oxşar Xəbərlər

Xəbər lenti