Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Turizmin paytaxtı" olaraq bilinən Antalyada Hindistan və Çilidən olan ailələr 3 gün - 3 gecə yüksək büdcəli toy ediblər.
Sozcu.info xəbər verir ki, baş tutan bu iki toy dünya mətbuatında geniş müzakirələrə yol açıb.
Belek və Kundu kurort mərkəzlərindəki iki oteldə keçirilən iki toy üçün hazırlıqlar bir neçə ay əvvəl başlayıb. Hər iki toyun təşkil edilməsi üçün 2 milyon avrodan çox pul xərclənib.
Hindistan və Çilidən fərqli ədviyyatlar və çoxlu aşpazların gəldiyi toylarda minlərlə təbii güllərdən istifadə edilərək bəzək əşyaları hazırlanıb.
Otellərin sahilində qurulan platformada gəlin və bəy üçün dini mərasim də keçirilib.
Hər iki toyda məşhur xarici və türkiyəli sənətçilər iştirak edib.
Dünyada pandemiyanın elan olunduğu bir vaxtda, səyahətlərin, aviasiya və turizm sahəsindəki ən böyük böhranlardan birinin yaşandığı zamanda şəhərdəki hər iki toy 3 gün - 3 gecə davam edib.
Belə bir vaxtda bu cür toyun baş tutması dünya mətbuatında şiddətli şəkildə qınanıb.
Toylara Cənubi Amerikadan, İspaniyadan və Meksikadan qonaqlar da qatılıb.
Toyların birində 300, digərində isə 350 nəfər qonaq olub. Toylardan biri 1 milyon avroya, digəri isə 1 milyon avrodan da artıq məbləğə başa gəlib.
Hər ikin toyun təşkilatçılısı olan Bünyat Özpak məsələ haqqında açıqlama verməyə məcbur qalıb.
O, toydakı bütün gigiyenik və təhlükəsizlik normalarına riayət olunduğunu deyib: "Bütün nəqliyyat vasitələrində, otellərdə tədbirlərimizi almışdıq. Qonaqların çoxusu toyda iştirak etmək istəmirdi. Onlara hər şeyin qaydasında olduğunu, bütün təhlükəsizlik tədbirlərinin alındığını izah etdik. Çox ciddi bir toy yasaqları dalğası ilə qarşı-qarşıyayıq. Planlaşdırılan Hindistan toy və tədbirlərinin 90 faizi ləğv edilib”.