Qartal yuvasında qoyma sar olsun

(Hünərvər Qarabağ döyüşçülərinə)


Əsgər paltarını geyib əyninə, 

Get, oğlum, cəbhəyə. Uğurlar olsun! 

Yağı həmləsini alma eyninə, 

Hünərin, qeyrətin sənə yar olsun! 

 

İldırımtək gurla, şimşək kimi çax, 

Çaqqal sürüsündən nə qısqan, nə qorx. 

Odlu mərmilərin olsun qızıl ox, 

Batsın xain gözə, düşmən kor olsun! 

 

Hayların başına yağdır gülləni, 

Qoru ana yurdu, cənnət vətəni.

Igid doğub anan, doğanda səni, 

Qartal yuvasında qoyma sar olsun! 

 

Bizi o dağlara qoyma tamarzı, 

Vətən oğlu, ya Şəhid ol, ya Qazi.

Qoy, səni qorusun Tanrının özü, 

Taleyin bəxtinə hər an yar olsun! 

 

Nərən qanadlansın sal qayalarda, 

Gur səsin yayılsın bu ana yurda. 

Harda döyüş gedir, sən tapıl orda, 

Düşmən səngərləri tarimar olsun! 

 

Bizimdir o torpaq, əzəldən bizim, 

Neçə güllü yaylaq, buz bulaq bizim. 

Qoyma yada qalsın onlar, əzizim, 

Bu vətən, bu millət bir də xar olsun! 

 

Sağında, solunda səngərdaşındı, 

Doğma qardaşındı, can sirdaşındı. 

Vətən sənin kimi vətəndaşındı, 

Kim görüb tuladan qurdbasar olsun?! 

 

Söylə məmur oğlu varmı səfində? 

Şellənir o, ərzin dörd tərəfində. 

Yüzü kefindədir, mini nəfində, 

Kim görüb, süləkdə namus-ar olsun?! 

 

Qayıdın döyüşdən böyük zəfərlə, 

Yazılsın adınız tarixə zərlə. 

Qoy, Vətən öyünsün qalib əsgərlə, 

Hər eldə-oymaqda toy-mağar olsun! 

 

Sizə əmr eləyib Ali Komandan, 

Qovun yağıları, çəkilsin duman! 

Biryolluq qurtaraq qovğadan-qaldan, 

Dost bizə sevinsin, düşmən xar olsun! 


Məmməd Əfşan,

                         Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti