“Westmar” Supermarketlər Şəbəkəsi “Johnson Johnson” şirkətinin məhsullarını satmaqdan İMTİNA ETDİ

“Westmar” Supermarketlər Şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib.
Bu barədə Supermarket şəbəkəsinin instagram hesabında məlumat yerləşdirilib.
“Westmar” Supermarket şəbəkəsi digər supermarket şəbəkələrinin başladığı təşəbbüsə qoşulmuş, “Johnson & Johnson” şirkətinin bütün məhsullarını satışdan çıxarıb.

“Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
 
Azərbaycan ərazi bütövlüyünə qarşı edilmiş hörmətsizliyə görə “Westmar” Supermarketlər şəbəkəsi bu addımı atıb.


Oxşar Xəbərlər

Xəbər lenti