15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Trend-in məlumatına görə, şəbəkənin sonuncu yenilənməsində artıq görüntülü zənglər də etmək mümkün olacaq. Həmçinin, proqramda tematik kanallar və fotoşəkillər üçün yeni effektlər də mövcud olacaq. Videozəngdə eyni zamanda 4 nəfər iştirak edə bilər.
Qeyd olunur ki, istifadəçilər videoçatda olduğu zaman tətbiqdə digər funksiyalardan da istifadə edə bilərlər.
Şəkillərin və qısa videoların paylaşılması üçün "Instagram” tətbiqi 2010-cu ilin oktyabr ayında işə salınıb və ilk öncə yalnız "Apple” şirkətinin mobil qurğuları üçün nəzərdə tutulub. 2012-ci ilin aprelində servis "Android” platformasının istifadəçiləri üçün də əlçatan olub. Məhz o zaman, "Facebook” şirkəti "Instagram”ı 1 milyon dollara alıb.