Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda qeyd olunur

Azərbaycan xalqının tarixi, milli adətləri çox qədim dövrlərə gəlib çatır. Belə milli bayramlardan biri də xalqımızın qədim adət-ənənələrini özündə təcəssüm etdirən Novruz bayramıdır. Novruz bayramı ilə əlaqələndirilən bir sıra adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə əks etdirir.Novruz bayramında küsülülər barışır, yaxın qohumlar bir-birini ziyarət edib sovqatlar aparır, bayram süfrələrinin ətrafına yığışırlar. İnsanlar baharın gəlişi ilə təmizlik işlərinə, torpağın əkib-becərilməsinə başlayır.
Novruz bayramı Azərbaycan xalqının qədim tarixi olan, habelə milli mədəniyyətimizdə sülh, digər xalqlarla mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin nümunəsidir. 
Milli özünüdərk və milli oyanış tariximizin, müəllifi,  türk dünyasının görkəmli siması ümummillli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı vəqurucusu kimi bütün dövlətlərdə xalqın qəlbində əbədi yer tutub.
Ümummilli lider, ulu öndər Heydər Əliyevin tarixi, milli adət-ənənələri qorumaqla dövlətçilik ideyalarına dərindən yiyələnmiş, yeni tarixi şəraitdə onun irsini ləyaqətıə davam etdirən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə beynəlxalq sahədə həyata keçirilən qarşılıqlı əməkdaşlıq, sülh, humanizm, ədalətlilik prinsiplərinə əsaslanan iqtisadi, siyasi, mədəni münasibətlərin qurulması, eləcə də xalqımızın həyat şəraiti və maddi rifahı naminə gördükləri misilsiz işlər, habelə ərazilərimizin və xalqımızın bütövlüyünün təmin olunması istiqamətində əldə olunmuş möhtəşəm nailiyyətlər, atılan qətiyyətli və cəsarətli addımlar məhz ümummilli liderin  müəyyənləşdirdiyi ideyaların sadiqliyinin birbaşa təcəssümüdür. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun qədim adət-ənənlərlə zəngin bayramların xalqla birgə qeyd olunması və təbliği, həmçinin  mədəniyyətlə, incəsənətlə bağlı bir sıra layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rolu  xüsusilə təqdirə layiqdir.
Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!

 

Fərqanə Mirzəyevə

Əmircan qəsəbə sakini

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti