Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq

Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. 
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. 
Atmosfer təzyiqi  normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək.  
Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:     
Cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:  
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim  
tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°  isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti