7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Oğurluq edən şəxs tutulub.
Hurriyyet.org xəbər verir ki, Neftçala sakini Elşən Dünyamalıyev Rayon Polis Şöbəsinə gedərək evindən naməlum şəxs və ya şəxslər tərəfindən 3940 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib.
Polisin keçirdiyi əməliyyatla cinayətdə şübhəli bilinən 23 yaşlı İdrak Məmmədov saxlanılıb, onun oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala rayon Polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır./ARB TV/