Bayram günü sərxoş olub oğurluq etdi: "Gördüm ki, işıqlar sönülüdü, evə girdim" - VİDEO

 

Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.


Şikayətçi bayramla əlaqədar olaraq Şəki şəhərində olduğu müddətdə naməlum şəxsin onun mənzilinin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan qızıl-zinət əşyaları, bir ədəd televizoru oğurladığını bildirib.

12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Hüseyn Süleymanov tutulub. İstintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, o, eyni gündə Balaxanı qəsəbəsində daha iki fərdi yaşayış evinə daxil olub və məişət əşyaları oğurlayıb.

Hüseyn Süleymanov – Saxlanılan şəxs: "Yaşadığım ünvandan bir az aralıda idi. Gecə vaxtı içkili gəzirdim. Gördüm ki, işıqlar sönülüdü, evə girib, plazma televizor götürdüm. Sabahı gün 120 manata satdım”.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi baş lanılıb, araşdırmalar davam etdirilir./ARB TV/



Oxşar Xəbərlər

Xəbər lenti