8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının eksperti tərəfindən ölkənin 5 rayonunda "Neft və qaz hasilatinin ətraf mühitə və insan sağlamlığına təsirləri”nin müqayisəli qiymətləndirilməsi aparılmışdır. Neft layihələri reallaşdırılan üç rayonda(Salyan,Neftçala və Şirvan) və neft layihələri reallaşdırılmayan iki (Ağcabədi və Ucar) rayonda araşdırma aparılıb”.http://http://nhmt-az.org/frontend/pages/human-rights-inner.php?id=145.
Hurriyyet.org xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
"Azərbaycanın qoşulduğu bəzi beynəlxalq Konvensiyalar pozulur”
Qəhrəmanlı nəzərə çatdırıb ki, qiymətləndirmə zamanı ,neft layihələri reallaşdırılan rayonlarda yaşayan əhalinin sağlamlığı ilə,başqa rayonlarda yaşayan əhali sağlamlığı arasında çox ciddi fərq olduğu aşkar olunmuşdur: "Bu da Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə ziddir .Bununla da ölkədə reallaşdırılan neft layihələrində iştirak edən şirkətlər tərəfindən yerli qanunvericilik və Azərbaycanın qoşulduğu bəzi beynəlxalq Konvensiyalar da pozulur”.