Ermənistanda yezidilərin qəbirləri satılıb

 

Ermənistanın Kotayk vilayətinin Zovuni kəndinin milliyyətcə yezidi olan sakinləri onlara məxsus məzarlığın satılmasından şikayətçidirlər.

Bu barədə "Joxovurd” qəzeti məlumat yayıb. Ermənistan Yezidilər Birliyinin sədri Əziz Tamoyan bildirib ki, keçmiş icra nümayəndəsi Serjik Avetisyan yezidilərin Zovuni kəndində yerləşən məzarlığını zəbt edərək torpaq sahəsini öz oğluna verib.

Hazırda yezidilər yaxınlarını dəfn etməyə məzar yeri tapa bilmirlər. Narazı sakinlər kənd icra nümayəndəliyinə gedərək ərazinin sənədlərini araşdırıblar və məlum olub ki, həmin ərazi keçmiş kənd rəhbərinin oğluna məxsusdur.

Digər bir məlumata görə, Avetisyanın oğlu məzarlığı sakinlərə yalnız pul müqabilində qaytarmağa razıdır. Yəni sakinlərin öz məzarlıqlarını onlara pulla satmaq istəyir.

Azvision.az qeyd edir ki, bu, Ermənistanda yaşayan yezidilərin üzləşdiyi ilk problem deyil. Dəfələrlə milli ayrı-seçkiliyə məraz qalan yezidilər Ermənistanda hüquqlarının tapdalandığını bildirirlər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}