8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Rusiya Avropa demokratiyalarına zərbə vurmağa, məkrli fəaliyyət və "yalanlar dumanı” ilə Qərb cəmiyyətlərinə şübhə toxumu səpməyə çalışır”.
Soczu.info "Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu Britaniyanın "MI5” kəşfiyyat idarəsinin rəhbəri Andrev Parker mayın 14-də Berlində deyib.
Parkerin sözlərinə görə, Rusiya "aqressiv və çox ziyanlı hərəkətlər” edir, "təcrid olunmuş məzlum”a çevrilmək riski var. O, Almaniyanın "BfV” kəşfiyyat xidmətinin toplantısında çıxış edib, bu, "MI5” rəhbəri kimi onun ilk ictimai çıxışıdır.
Parker deyib ki, martda rusiyalı keçmiş casus Sergey Skripal və qızı Yuliyanın sinir qazıyla zəhərlənməsi Britaniya torpağında "məqsədli və hədəfli məkrli fəaliyyət” idi və Moskva bir daha beynəlxalq qaydaları pozmuş olub.
Xatırladaq ki, rəsmi London Skripalların zəhərlənməsinə görə Moskvanı suçlayıb. Keçmiş agent Skripal "MI6”-nın informatoruna çevrilmişdi. Skripallar İngiltərənin Solsberi şəhərində huşsuz tapılmışdılar. Moskva isə bu hücumun arxasında durmadığını deyib.
Parker həmin hücumdan sonra Rusiyanın apardığı "dezinformasiya kampaniyası”nı da pisləyib. O, "yalanlar, yarımhəqiqətlər dumanına işıq salmağa” ehtiyac olduğunu vurğulayıb. 66 yaşlı Skripal hələ də xəstəxanadadır. Qızı, 33 yaşlı Yuliya isə xəstəxanadan buraxılıb.
Parker beynəlxalq ictimaiyyətə insidentə birgə reaksiya verdiyi üçün təşəkkür edib. O zaman, 28 Avropa ölkəsindən 18-i rusiyalı diplomatları qovmaqla Britaniyanı dəstəkləyib.
"MI5” rəhbəri onu da deyib ki, Rusiyanın Ukraynanın Krım regionunu işğal və ilhaq etməsi, eləcə də Qərbdə seçkilərə müdaxiləsi qəbuledilməzdir.
Parker Britaniya Avropa Birliyindən çıxandan (Brexit) sonra da təhlükəsizlik əlaqələrinin saxlanmasının vacibliyini vurğulayıb, xəbərdarlıq edib ki, Avropaya güclü terror təhlükəsi var.