8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Moskvanın Sergey Skripaldan sonra növbəti hədəfi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş zabiti Yuri Şvets olacaq.
Sözçü.info axar.az-a istinadən xəbər verir ki, bunu "Mirror” qəzetinə müsahibəsində rusiyalı kəşfiyyatçı Boris Karpiçkov söyləyib. Onun sözlərinə görə, Şvetslə bərabər, Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Vladimir Rezun da ("Viktor Suvorov" təxəllüsü ilə məşhurdur) Kremlin hədəfi ola bilər.
Karpiçkov əsas hədəfdə olan şəxslərin siyahısında bu adları göstərib:
1. Oleq Qordiyevski - 79 yaşı var. Mi6-nın kəşfiyyatçısıdır. Soyuq müharibə zamanı ikili agent kimi fəaliyyət göstərib. SSRİ-dən 1985-ci ildə avtomobilin yük yerində qaçıb;
2. Bil Brauder – 53 yaşı var. Rusiyada fırıldaqçılığa görə qiyabi həbs edilib. Brauder ABŞ və digər ölkələrdə "Maqnitski aktı”nın qəbuluna müvvəffəq ola bilib;
3. Kristofer Stol – 53 yaşı var. Mi6-nın eks-zabitidir. Hazırda özəl xəfiyyə kimi çalışır. Rusiyanın Amerikadakı seçkiyə müdaxiləsini əks etdirən "Tramp dosyesi”nin müəllifidir;
4. İqor Sutyaqin – 53 yaşı var. Alim, nüvə silahları üzrə mütəxəssisdir. Britaniyanın xeyrinə casusluqda ittiham olunub. 11 illik həbs həyatından sonra mübadilə edilərək, Britaniyaya göndərilib;
5. Yuri Şvets – 65 yaşı var. DTK-nın keçmiş mayorudur. 1994-cü ildə ABŞ kəşfiyyatına təslim olaraq, ona işləməyə başlayıb. Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksandr Litvinenkonun zəhərlənməsində əsas şahid sayılır;
6. Vladimir Rezun – 70 yaşı var. SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin kapitanı olub. 1978-ci ildə Britaniyaya qaçıb.