Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türk dünyasının ustad aşığı Hüseyn Saraçlının "Ben feleği arıyorum” adlı şeirlər kitabı Türkiyə türkcəsində nəşr olunub. Kitabda unudulmaz görkəmli sənətkarın qoşmaları, gəraylıları, yedəkləmələri, bayatıları, müxəmməsləri, deyişmələri və həmçinin publisist-şair Dəyanət Osmanlının 1987-ci ildə yazdığı
"Üstad aşık Hüseyn Saraçlı ile son Röpörtaj”ı yer alıb.
AzAtaM-n növbəti nəşri olan kitab akademik Nizami Cəfərovun və Dünya Qarapapak Türkləri Birliyi (KARPAT) başkanı Seyfullah Türksoyun ustad aşığın böyük yaradıcılıq yolundan bəhs edən "Ozan Sanatının Hüseyin Saraçlı Zirvesi” və "Üstat hakkinda birkaç söz...” məqalələri ilə acılır.
Nəşrin tərtibçisi Dəyanət Osmanlı, məsləhətçilər akademik Nizami Cəfərov və Prof.dr. Məhərərrəm Qasımlıdır. Şeirləri Türkiyə türkcəsinə uyğunlaşdıranlar Aşık Qara Borçalı, Pərvin Quliyeva, Afət Mamayeva, redaktor Roman Darvazlıdır.
Qeyd edək ki, dillər əzbəri olmuş şeirlərin, bir neçə dastanın, "Qürbəti-Kərəm", "Bağdad dübeyti" və s. saz havalarının müəllifi olan Hüseyn Saraçlının adı bütün Qafqazda, Türkiyə və Orta Asiyada məşhur olub.1980-ci ildə Gürcüstanın Əməkdar mədəniyyət xadimi adını alıb. Haqqında çoxlu şeirlər, məqalələr yazılıb, qısa metrajlı film çəkilib. Ustad aşıq 1987-ci ildə vəfat edib. Saraçlı qəbristanlığında dəfn olunub. Doğma kəndində aşığın büstü qoyulb.
Sözçü.info