8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi deyilən ərazidə özəl qəbiristanlıq fəaliyyət göstərir.
Sozcu.info -un məlumatına görə, sakinlər iddia edirlər ki, bu qəbiristanlıq sahibkara məxsusdur və burada dəfn xərcləri dövlət və bələdiyyə məzarlıqlarından xeyli bahadır.
Məhəmməd adlı bir şəxs isə iddia edir ki, bu məzarlıqda qəbir yerləri üçün konkret qiymətlər qoyulub.Qəbiristanlığın sahibi kimi adı hallanan Hacı Balağa adlı şəxs ilə də əlaqə saxladıq. O, qəbiristanlığın ona yox, başqasına məxsus olduğunu bildirsə də, burada məzar yerinin pullu olduğunu təkzib etmədi.
Bakı Şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən "Xəzər Xəbər"ə bildirdilər ki, Hövsan qəsəbəsində yalnız Dədə Qorqud qəbiristanlığı onların balansındadır. Suraxanı Rayon İcra Hakimiyyətindən isə məlumat verildi ki, sözügedən qəbiristanlıq nə onların, nə də ərazi bələdiyyəsinin tabeçiliyindədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: