Elektrik yarımstansiyasındakı partlayışa görə cinayət işi açıldı

Elektrik yarımstansiyasındakı partlayışa görə cinayət işi açıldı

 

Samux rayonunda elektrik yarımstansiyasında baş verən partlayışla bağlı cinayət işi açılıb.

Sozcu.info  xəbər verir ki, Əhmədbəyli kəndində yerləşən "Gəncə” yarımstansiyasında baş vermiş və orada işləyən 1978-ci il təvəllüdlü Elmir Natiq oğlu Həsənovun termiki xəsarətlər alması ilə nəticələnən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1-ci (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurulma) maddəsi ilə iş başlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırmalar aparılır./publika.az/



Oxşar Xəbərlər

Xəbər lenti