AXCP sədrinin müşaviri həbsdən azad edildi

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim azadlığa buraxılıb.

Sozcu.info  xəbər verir ki, o, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.

M.İbrahim məhkəmə zalından azadlığa braxılıb.

Qeyd edək ki, M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən M.İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.



Oxşar Xəbərlər

Xəbər lenti