Tədiqiqatçı-alim Seymur Nəsirov Misirin “Fədaiyyəəl-Misriyyə” dövlət televiziyasının qonağı olub

Tədiqiqatçı-alim Seymur Nəsirov Misirin “Fədaiyyəəl-Misriyyə” dövlət televiziyasının qonağı olub

 

Misir Ərəb Respublikasında fəaliyyət göstərən "Vətənpərvər” Azərbaycan Diaspor Təşkilatlar Birliyinin sədri, tədiqiqatçı-alim, Seymur Nəsirov Misirin nüfuzlu "Fədaiyyəəl-Misriyyə” dövlət televiziya kanalının "Diplomatik səyfələr” proqramının qonağı olub. Seymur Nəsirov tamaşaçılara Azərbaycanla Misir arasındakı tarixi və mədəni əlaqələrdən geniş məlumat vermişdir. O, ilk ərəblərin Azərbaycana gəlməsinin 7-ci əsrə təsadüf etdiyini və onların əksəriyyətinin Misir və Şam qəbilələrindən olduğunu qeyd etmişdir. Diaspor rəhbərinin bu gün Azərbaycanda insanlar arasında Misir adına rast gəlindiyini bildirməsi aparıçının və proqramın qonaqlarının böyük marağına səbəb olmuşdur. Tədiqatçı-alim Azərbaycan xalqının məşhur dastanlarından olan "Koroğlu” dastanında "Misir qılıncın” qeyd olunmasını, ölkəmizin ərazisində aparılan arxeloji qazıntılar zamanı orta əsrlərə aid "Misir sikkələrinin” tapılmasını, çox sayda ərəb adlı kəndlərin və Azərbaycan dilində altı mindən çox ərəb mənşəli sözlərin olmasını xalqlarımız arasında qədimdən möhkəm əlaqələrin olmasının bariz nümunəsi kimi qiymətləndirmişdir. Bundan başqa diaspor rəhbəri bu gün Azərbaycan xalqının xalçaçılıq və muğam sənətinə böyük önəm verdiyindən söhbət açaraq, Misirin ən böyük muğam ustalarından olmuş Seyyid Nəqşibəndinində babasının Azərbaycandan Misirə köçdüyünü bildirib. Bütün bunlarla yanaşı müasir dövürdə Misirlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən S. Nəsirov hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və bu əlaqələrin gündən-günə inkişaf etdiyini tamaşaçıların diqqətinə çatdırıb. Verlişdə Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. Onuda qeyd edək ki, Seymur Nəsirov hazırda Misirdə təhsil alan 50-dən çox xarici dövlətlərdən olan 1000-dən çox tələbəyə rəhbərlik edir. Bununla yanaşı 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı elimi tədiqatlar apararaq Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti