Xəzər klinikası səhiyyəyə inamı artırır-FOTO

 

 

Xəzər klinikası səhiyyəyə inamı artırır-FOTO

 


 

 

"Allah bu kollektivə yardımçı olsun necə ki, onlar bizə yardımçı olurlar"

 

Azərbaycanda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Son illər səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.

Bu gün Azərbaycanda səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşması,əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Respublikada həyata keçrilən siyasətin mühüm tərkib hissəsidir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların nəticəsi kimi son illərdə ölkədə səhiyyə sisteminin də maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir. Bakıda fəliyyət göstərən özəl tibbi müəssələrindən olan "Xəzər” klinikası da bu nöqteyi nəzərdən öncül klinikalardan biridir. "Xəzər” klinikası Avropa standartlarına uyğun stasionar tibbi müalicə və diaqnostika mərkəzi olaraq üzün illərdi ki, əhalinin xidmətindədir. Burada xaricdə təhsil almış peşəkar cərrahlar tərəfindən laperaskepik, plastic və rekonstruktiv əməliyyatlar, ağrısız sünət və digər əməliyyatlar həyata keçrilir. Plastik cərrahiyədə bədənin korreksiyası, qarın nahiyəsində artıq piylərin götürülməsi, burun cəpəri əyriliyi və digər estetik cərrahiyə xidmətləri göstərilir. Azərbaycanın tibb aləminə yenilik gətirən və ölkə sakinlərinin xidmətində duran bu tibb mərkəz ən qabaqcıl ölkələrin tibbi avadanlıqları ilə təchiz olunmuşdur. Burada  yüksək səviyyəli peşəkar mütəxəssislər tərəfindən bütün növ xəstəliklərin müalicə və müayinəsi aparılır. Bakı sakinlərinin etibarını qazanmış Xəzər Klinikasıəhaliyə geniş spektrda tibbi xidmət göstərir. Klinikanın laboratoriyasında Azərbaycanda analoqu olmayan tam avtomatlaşdırılmış robot analizatorları ilə 100-lə müxtəlif növ analizlər aparılır. Klinikanın laboratoriyasında insan müdaxiləsi olmadan mində bir dəqiqliklə 1 saat ərzində nəticə əldə etmək olur. Laborator analizlərlə yanaşı klinikada digər diaqnostik xidmətlər də göstərilir. "Xəzər” klinikası daimi olaraq fəaliyyət dairəsini genişləndirməklə yanaşı burada çalışan peşəkar həkimlər dünya tibb aləmində baş verən yeniliklərlə maraqlanır, dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə iştirak edir və bütün yenilikləri burada tətbiq edirlər. Bütün bunlarla yanaşı burada pasientlərin tam rahatlığını təmin etmək üçün hər bir şərait yaradılmışdır.

Xəzər klinikası səhiyyəyə inamı artırır-FOTO

Bu dəfə söhbət açdığımız insanlar öz həyat yollarını doğru seçərək, bütün enerji və güclərini, duyğuların harmoniyasını barmaqlara süzüb şəfalı əllərə sahib olan "Xəzər” Klinikasının həkimləridir. Klinikanın baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru İlqar Yusubovdur. Gözəl insan, gözəl ailə başçısı, eyni zamanda cəmiyyətə yararlı övlad olan İlqar Yusubov bu gün minlərlə xəstənin sevimli həkimidir. O hər gün öz elmi inkişafına cəhd göstərərək Türkiyə, Rusiya , Gürcüstan, Ukrayna, Ərəbistan və digər dövlətlərdə elmi konfranslarda və praktik kurslarda iştirak edərək elmi iş üzərində səylə çalışmışdır. İlqar həkim bu gün müasir ümumi cərrahiyyədə istifadə olunan açıq və qapalı əməliyyatları ustalıqla həyata keçirir. Onun bir həkim kimi fəaliyyəti barədə klinikada müalicə olunan Səlim Rəhimov bunu dedi. Bu gün həyatı, onun dadını insanlara sevdirən nadir insanlara ömür uzatmağa qədər qüdrət və bacarıq sahibi olan Tanrını ən sevimli bəndələri sayılan həkimlərdi. Mənim ömrümün uzadılmasında həkim qüdrətinin təsiri, həkim barmaqlarının izi vardır. Həyatda o insan xoşbəxtdir ki, ürəklərdə yaşayır, həyat yolunda xatirə izi buraxır. Belə insanlardan biri də - "Xəzər” klinikasının baş həkimi İlqar Yusubovdur. İlqar həkim mənim üçün həyatda dünyanın ən uca pik nöqtəsində dayanan bir şəxsiyyətdir.

Xəzər klinikası səhiyyəyə inamı artırır-FOTO

 "Xəzər” Klinikasında cərrah kimi fəaliyyət göstərən Rauf İsmail Azərbaycan Tibb Universitetin məzunudur. O iki il Moskvada tibb cərrahiyyə üzrə internatura keçdikdən sonra Bakıya qayıdır və bir həkim cərrah kimi fəaliyyətini bu tibb müəssəsində davam etdirir. O da baş həkim kimi xarici dövlətlərdə keçrilən praktik konfraslarda iştirak etmişdir. Əməliyyatdan sonra həkim müayinəsinə gələn A. Vəliyev klinikanın həkimlərinə təşəkkür etmək istədiyini bildirdi. "Məndə anadangəlmə burun çəpərinin əyriliyi var idi. İllər ərzində bu problem səbəbindən həm nəfəs almağım çətinləşmişdi, həm də yeni xəstəliklər yaranmışdı. Bu müddət ərzində dəfələrlə həkimlərə müraciət etsəm də, əməliyyat etməyə ehtiyatlanırdım. Amma sonradan "Xəsər" klinikası barədə eşitdim və orada eyni problemlərdən müalicə alıb, sağalanların inandırmasından sonra bura gəldim.  Kim deyir ki, Azərbaycanda həkimlər yoxdur?  Sağ olsunlar. "Xəzər" klinikasının baş həkimi İlqar müəllim başda olmaqla məni əməliyyat edən Rauf həkim bu gün Azərbaycan səhiyyəsinə inamı artıran, inamı qaytaran tibb işçiləridir - desəm, yanılmaram. Məhz onların sayəsində mən hiss edirəm ki, nəfəs alıram, yaşayıram.” Həkim cərrah Rauf İsmailin dediklərinə görə son zamanlar ümumi cərrahiyədə ən çox öd daşı xəstəliyi müşahidə olunur. Bu xəstəlik son zamanlar Azərbaycanda da çox geniş yayılıb. Öd daşı xəstəlikləri öd kisəsinin iltihabı zamanı öd kisəsi və qara ciyər arasında feqment mübadiləsi prosesində, eləcə də maddələr mübadiləsi pozulduqları nəticəsində, ən çox otraq həyat tərzi keçirən qadınlarda bura irsi faktorları da əlavə etmək olar, çünki burda irsiyyət böyük rol oynayır. Öd daşı xəstəliyi ən çox qadınlarda əmələ gəlir. Həmin qadınların da demək olar ki, daha çoxu oturaq həyat tərzi keçirən qadınlardı. Birdə bu xəstəlik daha çox kökəlməyə piylənməyə meyilli olan qadınlarda durğunluğun yaranması ilə bağlı olur. Öd daşı qadınlarda hamilləlik dövründə daha çox olur . Yəni hamiləliyin ikinci dövrünə daha çox xarakterikdi ki, burada qarın daxili təziqin artması öd kisəsinin sıxılması bu xəstəliyin əmələ gəlməsinə səbəb olur.

 

 

Xəzər klinikası səhiyyəyə inamı artırır-FOTO

"Xəzər” klinikasında xaricdə təhsil alan həkimlərdən biri də kardioloq Yalcın Abuzərovdur. O təhsilini Ukraynanın Xarkov şəhərində almış və bir ürək həkimi kimi ilk fəaliyyətinə də orada başlamışdır. 2008-ci ildən isə bu tibb müəssəsində həkim kardioloq kimi fəaliyyət göstərir. Məlumdur ki, son illər bütün dünyada olduğu kimi Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı sürətlə artır. Ən təhlükəlisi isə bu xəstəliyin cavanlaşmasıdır. Əgər əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Həkim ürək xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalmasını sosial faktorlarla, ətraf mühit, ekoloji amillər və son illər artan psixo-emosional gərginliklə birbaşa əlaqəli olduğunu qeyd etdi. Ürək-qan-damar xəstəliklərinə ürəyin işemiyası, hipertoniya, ateroskleroz, ürək qüsurları və sair daxildir. Bunlardan ən geniş yayılanı isə ürəyin işemik xəstəliyidir ki, bu da qəfil ölüm, Miokard infarktı, ürək ritminin pozulması, ürək çatışmazlığı kimi özünü göstərir. Ümumiyyətlə son illər insanlar arasında ürək xəstəliklərinə tutulanlar arasında cavanların sayının çoxalmasını dünya statistikası da təstiqləyir. Bütün bunlar ondan irəli gəlir ki, insanlar oturaq həyat tərzinə uyğunlaşır, insanlar arasında zərərli adətlərə ducar olanların sayının həddən artıq çoxalması yəni cavanların siqaretə meyilli olmasıdır. Birdə qeyd etdiyimiz kimi otraq həyat tərzidir. Bu gün kimdi gündə 3-5 kilometr gəzən. Əhalinin əksəriyəti evdən çıxaraq maşına əyləşib işə gedir, işdən sonra isə maşına minib evə qayıdır. Bununla da gündə o heç bir kilometr də olsun hərəkət etmir. Həkimin fikrincə ürək xəstəliklərinin çoxalmasının səbəblərindən biri də insanların gündəlik yedikləri yeməklərdi. Çünki onlar həddindən artıq yemək qəbul edirlər. Nəticədə insanların əsasən gənclərin gündəlik qidalanmaya fikir verməməsi onlarda ürək xəstəliyinin əmələ gəlməsinə gətirib çıxarır.

 

Xəzər klinikası səhiyyəyə inamı artırır-FOTO

 

 

  "Xəzər” Klinikasının dəyərli həkimlərindən biri də Azərbaycan Dövlət Tibbi Universetinin məzunu, nevropatoloq Samira Bashirovadır. Samira xanım 14 ildir ki, nevroloq kimi fəaliyyət göstərir. Samira xanımın dediklərinə görə son vaxtlar ona edilən müraciətlərin çoxu baş ağrıları ilə əlaqədardır. Demək olar ki, bütün yaş təbəqələrində, necə deyərlər, 7-dən 77-yə hamı baş ağrısından şikayətlənir.Həkimin dediklərinə görə baş ağrısının səbəbləri müxtəlif olur. Məsələn, xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində yaranan ağrılar var. Həcmli törəmələr, yəni şiş xəstəlikləri zamanı da baş nahiyəsində ağrılarəmələ gəlir. Həmin əlamətlər yarananda ağrılar əsasən səhər vaxtına təsadüf edir, adətən ürəkbulanma və qusma ilə müşahidə olunur. Damar mənşəli baş ağrıları isə əhali arasında geniş yayılmış miqren xəstəliyinin əlamətidir. Miqren xəstələrində adətən başın bir hissəsi kəskin ağrıyır və adi işıq zolağı, ani səs onlarda narahatlığa səbəb olur. Miqrendən əziyyət çəkənlərdə də qusma hallarına rast gəlinir. Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar yaranır. Bundan başqa, boyun yırtığı və osteoxondroz da baş ağrısına səbəb olur. Baş ağrıları müxtəlif ciddi xəstəliklərin göstəricisi ola bilər, xəstəliyə yalnız müayinələr nəticəsində düzgün diaqnoz qoymaq mümkündür. Ona görə də həkimdən qaçmaq yox, həkimə müraciət etmək və yaranan sağlamlıq problemi ilə əlaqədar iş-işdən keçəndən sonra yox, vaxtında yoxlanılmaq lazımdır.

  Sonda onu da qeyd etmək lazımdır ki, İlqar Yusubovun rəhbərlik etdiyi "Xəzər” Klinikası zö xeyirxah əməlləri ilə də yada qalır. Çünki klinika , hər ay ən azı 10-15 imkansız ailənin uşaqlarını sünnət edir, ata-anasını itirib bibi-nənə himayəsində olan uşaqlara təmənnasız maddi və mənəvi dəstək olur. Elə bu günlərdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü və Müqəddəs Ramazan bayramı münasibəti ilə növbəti xeyriyyə tədbiri keçrilib. Yəni Klinikada himayəsiz və kasıb ailələrin uşaqları üçün sünət olunub. Bu aksiya zamanı 38 nəfər oğlan uşağına, pulsuz, klinikanın hesabına sünət edilib. Həmin uşaqlardan birinin nənəsi A.M "Xəzər Klinikasının kollektivinə və onun rəhbərliyinə təşəkür edərək bunları dedi: "Bu ramazan ayında kollektiv bizə yardım elədi. Yəni bu müqəddəs ayda bizim balalarımıza sünnət elədi. Allah bu kollektivə yardımçı olsun necə ki onlar bizə yardımçı oldular”.

A. Məmmədli,

"Yeni Sözçü” qəzeti

Xəzər klinikası səhiyyəyə inamı artırır-FOTO

 


 



Oxşar Xəbərlər

Xəbər lenti