Mərkəzi Neftçilər Xəstəxanası ən qabaqcıl Avropa tibb ocaqları sırasında

Mərkəzi Neftçilər Xəstəxanası  ən qabaqcıl Avropa tibb ocaqları sırasında

 

Bu gün respublikamızda səhiyyə özünün yeni inkişaf məhhələsinə qədəm qoyub. Hər şeydən əvvəl möhtərəm Prezidentimiz İlham Əiyev cənablarının bu mühüm sahəyə xüsusi önəm veməsi, onun dünya standartları səviyyəsinə qaldırılması proqramına hərtərəfli dəstək verməsi öz sözünü deməkdədir. Bu proses dövlət səhiyyəsi ilə yanaşı özəl tibb müəssisələrinin fəaliyyətində də paralel olaraq özünü göstərməkdədir, desək, yəqin ki, yerinə düşərdi.

 

Bu mənada respublikamızın ən nüfuzlu səhiyyə ocaqlarından biri olmaqla yanaşı, onun hüdudlarından çox-çox uzaqlarda tanınan Mərkəzi Neftçilər Xəstəxanası həm də qürur yerimizdir.

Bu son dərəcə gözəl şəraiti, yüksək ixtisaslı kadrları, möhkəm maddi-texniki bazası olan, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb ocağına respublikamızda insanların çox böyük hörmət və ehtiramla haqqında danışıqları, səhiyyəmizin ağbirçəyi, yüksək ixtisaslı tibb işçisi, bacarıqlı və təcrübəli rəhbər kadr, əvvəllər paytaxtımızın səhiyyəsinə rəhbərlik etmiş Leyla xanım Seyidbəyli başçılıq edir. Xəstəxananın bugünkü şan-şöhrətə çatnmasında bu uğurlu "tapıntının” rolu danılmazdır. Leyla xanım 2012-ci ildən rəhbərlik etdiyi xəstəxanada hər şeydən əvvəl möhkəm nizam-intizam və xəstə-həkim münasibtlərində şəffaf mühit yaradaraq hər kəsə, adi tibb işçisindən tutmuş bu tibb müəssisəsini ümid yeri bilib gələn hr kəsə özünəməxsus sadə, qayğılı və tələbkar münasibəti ilə onların sevgi və rəğbətini qazanıb. Təbii ki, xəstxana ödənişlidir. Xəstəxanada tibb elmimizin iftixarlarından olan məşhur unikal ürək əməliyyatları cərrah millət vəkili Rəşad Mahmudov və digər yüksək ixtisaslı həkimlər insanların sağlamlığı keşiyində ayıq-sayıq durmağı özlərinə borc bilirlər. Rəşad həkimin hətta rayonlarımızda, cəbhə bölgələrində qəbulları olur, açıq ürək əməliyyatları edir.

Xəstəxanada ən müasir, Avropa və dünya standartlarına cavab verə biləcək səviyyədə burun-qulaq, diş və sair sahələr üzrə tibbi kadrlar çalışır.

Xəstəxanada vaxtaşırı seminarlar, mətbuat konfransları, müxtəlif görüşlər keçirilir.

Mart ayının 17-18-i tarixlərində isə xeyriyyəçiik tədbiri – pulsuz xəstə qəbulu və müayinəsi aksiyası respublika sakinləri tərəfindən məmnunluqla qarşılanıb. Bütün sahələr üzrə həkimlərin qəbulunda 2083 nəfər, müayinələrdə isə 1185 nəfər iştirak etmişdir.

Xəstəxanada göz oxşayan səliqə-sahman, nümunəvi xidməti şərait yaradılıb. Lakin bütün bunlara baxmayaraq bəzən xəstəxana ilə bağlı bəzi saytlarda və mətbu orqanlarda yersiz, obyektivlikdən uzaq, heç bir fakta əsaslanmayan səthi yazılar, tənqidi materiallar dərc olunur. Əlbəttə adamların gözü tükü-tükdən seçir. Belə yazılar geniş ictimaiyyətin diqqətini yanlış istiqamətə yönəltmək imkanına əsla malik deyillər. Sadəcə ürək bulandıranlar gərək nəsə yazanda yüz ölçüb, bir biçələr ki, sonradan tutduqları əməlin bədəlini ödəmək məcburiyyətində qalmasınlar.

Bəli, bu gün Mərkəzi Neftçilər Xəstəxanası haqqında ancaq xoş sözlər demək olar. Respublikamızın aparıcı səhiyyə ocaqlarından biri kimi kollektivin daha böyük nailiyyətlərə imza atacağına isə inanırıq. Axı insanların sağlamlığı keşiyində durmaq şərəfinə nail olan Hippokrat andı içmiş hər bir həkim üçün ona müraciət etmiş insanlara sağlamlıqlarını qaytarmaqdan böyük xoşbəxtlik ola bilməz.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti