27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Varşava paketi” Gürcüstanı Avropanın ən uğurlu dövlətlərindən birinə çevirməlidir
Gürcüstanı 9 illik prezidentliyi dövründə postsovet respublikasından bir Avropa ölkəsinə çevirməyi bacaran Mixail Saakaşvili indi də Gürcüstanı Avropanın ən uğurlu dövlətlərindən birinə çevirəcək islahat paketini açıqlayıb. Sabiq prezident bu planı Polşanın paytaxtı Varşava şəhərindən canlı yayım vaxtı açıqladığı üçün media tərəfindən şərti olaraq "Varşava planı” adlandırılmağa başlanılıb. Çıxışının əvvəlində Saakaşvili Varşava şəhərində son 7 il ərzində həyata keçirilən yenilikləri göstərir və qeyd edir ki, bu tarix Gürcüstanda inkişafın dayandığı tarixlə üst-üstə düşür. Sabiq prezident hesab edir ki, Gürcüstanda islahatlar dayandığı üçün bu gün gürcülər bir parça çörək qazanmaq üçün Polşaya üz tuturlar. Saakaşvili bildirib ki, biz çox geri qalmışıq, ancaq Polşa və digər Şərqi aAvropa ölkələrinə çata, hətta onları ötüb keçə bilərik. Gürcüstanı artıq bir dəfə zülmətin içərisindən çəkib çıxardığını xatırladan sabiq prezident bunu yenidən edə bikəcəklərini də qeyd edib. Bunun üçün görülməli islahat paketinin ön sırasında ciddi vergi islahatının aparılması təklifi yer alıb. Sabiq prezident Gürcüstanı Avropanın yalnız bir vergi növünün, əlavə dəyər vergisinin mövcud olduğu ölkəyə çevirməyi təklif edir. İkinci təklif isə Avropada ən kiçik hökümət sistemi yaratmaqla bağlıdır. Bu hökumət tamamilə xalqa xidmətə yönəlməlidir. Eyni zamanda bu hökumət Avropada ən rəqəmsal hökumət olmalıdır. Belə görünür ki, Saakaşvili bu sahədə Estoniyadan irəli getməyi planlaşdırır. Sabiq prezident hesab edir ki, bunun nəticəsində iki milyard lariyə qəanət etmək mümkün olacaq. Saakaşvilinin üçüncü təklifi səhiyyənin və sosial təmiantın yüksəldilməsi ilə bağlıdır. Sabiq prezident hesab edir ki, məmur kütləsinin azaldılması sosial yardımları üç dəfəyə qədər artmağa imkan verəcək. Azad zona yaradılması və bunun üçün Lazikadakı portun tikintisinin başa çatdırılması Saakaşvilinin təklifləri sırasındadır. Sabiq prezident azad zonada Britaniya hüquq sisteminin əsas götürülməsini də təklif edir. Beşinci təklif isə təhsillə bağlıdır. Saakaşvili Gürcüstanın bütün məktəblərində Avropa standartlarının tətbiq edilməsini, müəllimlərin əmək haqqının 500 ABŞ dolları səviyyəsinə qaldırmağı və Gürcüstanın bütün vətəndaşlarının ingilis dilini öyrənməsinin təmin edilməsini təklif edir. Sabiq prezidentin 6-cı təklifi cəzaçəkmə sisteminin tamamilə yenidən formalaşdırılmaısndan ibarətdir. Həbsxanaların əksəriyyətini bağlamğı, yalnız ən ağır cinayətlərə, qətl, soyğunçuluq və uşaqbazlığı görə azadlıqdan məhrum etməni təklif edir. Saakaşvili hesab edir ki, bu islahatları Gürcüstanın artıq formalaşmış olan yeni nəsil həyata keçirməlidir. Köhnə vəzifəlilərdən heç kim iş başına keçməməlidir. Saakaşvili Gürcüstanı Avropanın ən uğurlu ölkəsinə çevirmək, Şəriq Avropanın ölkələrindən irəli keçirmək istəyir. Gürcüstandan bütün sahələr üzrə daha böyük imkanlara sahib olan Azərbaycanın isə Keniyaya çatması da indiki şərtlər daxilində mümkün görünmür.
Xəqani Cəfərli,
politoloq