Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
İcra başçısı 3 qurumu birləşdirdi -
Rəis təyin etdi - FOTO
Şuşada bir ton çətənə kolu məhv edilib
Neft qiymətləri kəskin dönüş etdi
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Nəcməddin Sadıkovun karyera yüksəlişi və personası
– Pənah Hüseyndən açıqlama
“1992-1993-cü illərdə bir sıra uğurlu döyüş əməliyyatlarında iştirak edib, eyni zamanda…”
Deputat Vahid Əhmədovun müdafiə naziri Zakir Həsənovu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovu Azərbaycan dilində normal danışa bilməməkdə tənqid etməsi hər iki general-polkovniklə bağlı müzakirələrə yol açdı. Deputatın tənqidindən bir qədər sonra onun xüsusilə Nəcməddin Sadıkovla bağlı dediklərinin heç də əsassız olmadığı elə Baş Qərargah rəisinin Gəncədə verdiyi bir neçə cümləlik raport zamanı ortaya çıxdı. Hörmətli general-polkovnik raportu ana dilimizdə səlis verə bilməkdə çətinlik çəkdi. Bu isə Nəcməddin Sadıkov personasını növbəti dəfə ictimai müzakirəyə çıxarmış oldu.
Sosial şəbəkələrdə belə iddialar da irəli sürüldü ki, Nəcməddin Sadıkov əslində Əbülfəz Elçibəy iqtidarının kadrı olub, onun karyerasında yüksəliş məhz həmin hakimiyyətin dövründən start götürüb. Bu iddianın nə dərəcədə düzgün olduğu barədə Elçibəy hakimiyyətinin yüksək vəzifədə olmuş təmsilçisinin fikirlərini təqdim etməzdən öncə Nəcməddin Sadıkov barədə Vikipediya məlumatlarını təqdim edirik:
Nəcməddin Hüseyn oğlu Sadıkov 1956-cı il mayın 24-də Dərbənd şəhərində anadan olub. Ailəsi bura Dərbənd rayonu Bilici qəsəbəsindən köç edib. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib. 1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini-Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin olunub. Nəcməddin Sadıkov xidməti dövründə çoxsaylı təltiflər alıb. 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 2018-ci ildə “Rəşadət” ordeni alıb. 2011-ci ildə isə ona Dağıstanın Milli Qəhrəmanı fəxri adı verilib.
Bəs Nəcməddin Sadıkov həqiqətənmi Əbülfəz Elçibəy iqtidarının kadrı olub?
Elçibəy hakimiyyətinin dövlət katibi və baş naziri olmuş
Pənah Hüseyn
“Yeni Müsavat”a bildirdi ki, ordu və ordu rəhbərliyi ilə bağlı məsələlərdə prinsip hərbi peşəkarlıq olmalıdır. Əlbəttə ki, silahlı qüvvələrə peşəkar milli kadrların, zabitlərin rəhbərlik etməsi də olduqca mühüm məsələlərdən biridir. Amma bütövlükdə cəmiyyətə aid edilən bir sıra kriteriyaların da avtomatik olaraq hərbi sahəyə, silahlı qüvvələrə aid edilməsinə də ehtiyatla yanaşmaq lazımdır: “Mən həmişə, ümumiyyətlə, Silahlı Qüvvələrə rəhbərlik edən şəxslər barədə ictimai rəydə müzakirələr aparılmasına da həssas yanaşılmasının tərəfdarı olmuşam. Çünki ölkənin təhlükəsizliyi və ordunun döyüş qabiliyyəti həmin şəxslərin əlindədir. Onların həmin vəzifəyə təyin olunması və azad edilməsi də Ali Baş Komandandan asılı olan məsələdir. Odur ki, bu məsələlərə ölkənin təhlükəsizlik maraqları nəzərə alınmaqla qiymət verilməlidir. Bu və ya digər hərbi vəzifəli şəxsi bu və ya digər siyasi qüvvənin kadrı olmaqda ittiham eləmək və bunu önə çəkməyi zərərli hesab edirəm. Konkret olaraq da Nəcməddin Sadıkov Xalq Cəbhəsi hakimiyyətə gəlməmişdən öncə Azərbaycan ordusunun sıralarına daxil olub. 1992-1993-cü illərdə bir sıra uğurlu döyüş əməliyyatlarında iştirak edib, eyni zamanda bizim üçün uğursuz, məğlubiyyətlə bitən bir sıra hərbi əməliyyatlarda da onun bir komandir kimi rolu məsələsi məlumdur. Nəcməddin Sadıkov artıq 27 ilə yaxındır Silahlı Qüvvələrin Baş Qərargah rəisidir. Bu müddət tam olaraq indiki hakimiyyətin dövrünə aiddir”.
P.Hüseyn xatırlatdı ki, Nəcməddin Sadıkov Rəhim Qazıyevin müdafiə naziri olduğu dövrdə briqada komandiri təyin olunub və Dranbon əməliyyatındakı uğurlu komandirliyinə görə ona Ali Baş Komandan, prezident Əbülfəz Elçibəy tərəfindən vaxtından əvvəl general-mayor rütbəsi verilib:
“Amma Kəlbəcər rayonu işğal olunduqdan sonra Nəcməddin Sadıkov sərəncama götürülmüşdü. Hərbi təhqiqat həm də onun barəsində aparılırdı. 4 iyun hadisələri dövründə Nurəddin Sadıkov Baş Qərargah rəisi vəzifəsindən getdikdən sonra generalların içərisində bu vəzifəyə təyin olunması üçün adıçəkilən şəxslərdən biri də Nəcməddin Sadıkov idi. Lakin Elçibəy hakimiyyəti dövründə bu məsələ reallaşmadı. Onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə 1993-cü ilin 2 noyabrında Heydər Əliyev təyin etdi”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Redaksiyadan:
Pənah Hüseyndən bu yazıya sözardı: “Etibar Seyidağanın bu gün “Yeni Musavat”da “Nəcməddin Sadıkovun karyera yüksəlişi və personası – Pənah Hüseyndən açıqlama” başlıqlı yazısında mənə istinad edilən fikirlər təhrif olunmuş sayılmasa da, dediklərimdə cüzi görünən ixtisarlar aparılıb ki, bu da məsələyə mənim münasibətimdə yarımçıqlıq yaradıb. Mən Silahlı Qüvvələrə vəzifə təyinatlarının və vəzifədən azad olunmaların ictimai rəylə deyil, əmr- komanda, konkret buna səlahiyyəti olan şəxs tərəfindən həyata keçirilməsi prinsipinə tərəfdar olduğumu deməklə yanaşı, bu gün Azərbaycan ordusuna rəhbərlik edənlər, o cümlədən, yazıda adı çəkilən hərbi vəzifəli şəxs də daxil, barəsində artıq formalaşmış, bir ucu silahlaı qüvvələrdəki mövcud qruplararası münasibətlərdən qaynaqlandığı açıq-aydın görünən mənfi ictimai rəyin nəzərə alınması, ictimai rəydə yıpranmış və ya yıpradılmış şəxslərin vəzifədə saxlanmasının zərər verdiyini, hazırda milli hərbi məktəblərimizdə və xaricdə təhsil almlş, döyüş təcrübəsinə malik, digər keyfiyyətlərlə yanaşı, dövlət dilini mükəmməl bilən kifayət qədər yetişmiş peşəkar zabit və generalların olduğu və bu kadrlardan istifadə olunmaqla Ordu rəhbərliyinin gəncləşdirilməsinin döyüş qabiliyyətinin, müdafiə potensialımızın artırılması, silahlı qüvvələrdə haqqında danışılan neqativlərin, xüsusən qruplaşma və korrupsiya hallarının aradan qaldırılması, daha sağlam mühitin formalaşması üçün faydalı olacağını düşündüyümü də demişdim”.
Oxşar Xəbərlər
Nəcməddin Sadıkov İsrailə rəsmi səfərə getdi
Zakir Həsənovla Nəcməddin Sadıxov ön cəbhədə - FOTOLAR
General Gerasimov Bakıdadır: prezident İlham Əliyevlə və Baş qərargah rəisi Nəcməddin Sadıqovla görüşəcək
Zakir Həsənov, Nəcməddin Sadıkov və Kərəm Mustafayev ordenlə təltif edildi –SƏRƏNCAM
Xəbər lenti
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
Bu tarixlərə diqqət edin -
ŞAD XƏBƏR alacaqsınız
Qazaxda ata və qızı göldə batıb
Çin “Pax Silica”-ya qarşı “WAICO” ittifaqını yaradır
İcra başçısı 3 qurumu birləşdirdi -
Rəis təyin etdi - FOTO
Şuşada bir ton çətənə kolu məhv edilib
Cəlilabadda avtomobil uşağı vurdu
Neft qiymətləri kəskin dönüş etdi
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bu tarixlərə diqqət edin -
ŞAD XƏBƏR alacaqsınız
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!