29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olublar.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Müdafiə naziri, müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik Z.Həsənov birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Hərbi qulluqçular Müdafiə nazirinə müraciətdə işğal altında olan torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını bildiriblər.