“NAZİR 2 OĞLUNU HƏRBİDƏN YAYINDIRDI…” – “7 ildə cəbhə bölgəsində onları görmədim”

 

"Ordu təkcə kasıb balaları üçün olmamalıdır! Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim”.

Bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi Eldar Sabiroğlu KİV-lərdə yayımlanan yeni məqaləsində bildirib.

E.Sabiroğlu Qarabağ uğrunda savaşda xalqın birliyinin önəminə diqqəti çəkərək, daha sonra yazır:
"Nazir, icra başçısı, prokuror, polis rəisi barədə danışmağa ümumiyyətlə ehtiyac duymuram. Haliyədə nazir tanıyıram ki, iki oğluna da əsgəri xidmətə yararsız kağızı çıxartdırıb xaricə göndərdi. Məktəb direktorunun ovladına rast gəlmədim. Xəlil Rza və Sabir Əhmədov istisna olmaqla, hansısa xalq yazıçısının və şairinin, xalq artistinin, tanınmış müğəninin, iş adamının övladının səngərdə dayandığını xatırlamıram. İnsanı ağrıdan budur. Həlak olanlar da əsasən kasıb-kusubun, vəzifəsiz adamların balaları idi. Ancaq Vətən təkcə bunlar üçün deyil… Dövlət bu ədalətsizliyi aradan qaldırmaqla xalq içərisində öz nüfuzunu qaldırmış olar”.

Müdafiə Nazirliyinin sabiq sözçüsünün bu etirafı düşündürücüdür. Xatırlatmaq yerinə düşər ki, sözügedən dövr ərzində əsgər və zabitlərin dislokasiyası Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Yəni ön xəttə xidmət edən əsgərlərin seçilməsi prosesində ayrıseçkiliyə görə məsuliyyəti elə Müdafiə Nazirliyinin rəhbərliyi daşıyır. Bu baxımdan, E.Sabiroğlunun bu tənqidləri elə MN-in ovaxtkı rəhbərliyinin ifşasıdır…





Oxşar Xəbərlər

Xəbər lenti