8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Razim Məmmədovun başı üzərini qara buludlar alıb
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Xaliq Faiq oğlu Məmmədovun saxlanılması qanunö
suz tikilillərlə bağlı aparılan prosesdə yeni mərhələnin başlandığından xəbər verir. Qanunsuz tikintilərə qarşı mübarizə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə gətirildikdən sonra başladı. İcra başısının səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə müvafiq komissiya yaradıldı və paytaxtın rayonlarında yoxlamalar başladı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə iki qurum arasında əməkdaşlığın inkişafı, qanunvericiliyin tələblərinin həyata keçirilməsi, qanunsuz tikintilərin qarşısının alınması ilə ölkəmizin inkişafına töhfə vermək bu sektorda çalışan iş adamlarına və yerli icra hakimiyyəti orqanlarına dəstək vermək məqsədilə Əməkdaşlıq Memorandumunun imzalanması isə qanunsuz tikintilərə qarşı mübarizəni daha yükəsək mərhələyə keçirdi.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev isə qanunsuz tikintilərlə bağlı cinayət işlərin ən çox Xətai və Yasamal rayonları ilə bağlı olduğunu, ancaq Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağ rayonlarında oxşar halların olduğunu açıqlamışdı. Bütün bunlardan sonra Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilməsi gözlənilən idi. Məlumata görə, Xaliq Məmmədov Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur. Bu isə Xətai rayon icra hakimiyyəti başçısı Razim Məmmədovun başı üzərini qara buludlar alması anlaımına gəlir.
Xətai rayonundakı mənbə isə bildirir ki, yaxın günlərdə Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz Zeyvəli oğlu İsmayılovun və baş mühəndis Sahib Xudaverdi oğlu Babayevin də yolunun istintaqdan düşəcək. Ümumiyyətlə isə bu istintaq işlərinin Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun karyerasına son qoyacağı heç bir şübhə doğurmur.
Məlumatlı mənbənin sözlərinə görə, istintaqın diqqətini Xətai rayonunda bir sıra tikinti və təmir işləri ilə bağlı məsələlər də çəkə bilər. Bu zaman isə əsas diqqəti "Samir – Ağdülü” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xətai rayonunda gördüyü işlərə çəkə bilər. Məsələ ondan ibarətdir ki, icra başçısı Razim Məmmədovun bacısının ərinə məxsus olan və faktiki olaraq icra başçısının ailə şirkəti olan "Samir – Ağdülü”" MMC Xətai rayon İcra Hakimiyyətinin sifarişi ilə keçirilən bir neçə tenderə sahiblənib. Bunların arasında 2017-ci ildə Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə çoxmənzilli yaşayış binalarının əsaslı təmir işləridir ki, "Samir Ağdülü” MMC həyata keçirib. Bu əməliyyat dövlət büdcəsinə təxminən iki milyon manata, tam dəqiq isə 1 941 500 manata başa gəlib. Ümumillikdə isə "Samir – Ağdülü”" MMC Xətai rayon İcra Hakimiyyəti arasındakı işbirliyi dövlət büdcəsinə təxminən beş milyon manata başa gəlib. Son əməliyyatlardan biri yenə mənzil fondunun əsaslı təmiri adı altında keçirilib və dövlət büdcəsinə 250 min manata başa gəlib.
"Samir Ağdülü” MMC 2 mart 2007-ci ildə təsis olunub. Hüquqi təmsilçisi Zeynal Cəmil oğlu Həsənovdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 63 MMC-nin hüquqi ünvanıdır. Müəsisənin hüquqi təmsilçisi Zeynal Həsənov icra başçısı Razim Məmmədovun bacısı Alidə Həsənovanın həyat yoldaşıdır.
Mülki hüquq üzrə ekspertlərdən biri isə bu vəziyyəti "dövlət orqanında sifarişçi kimi iştirak edən şəxsin qohumlarının belə bir müsabiqədə iştirak etməsi artıq qərəzsizlik prinsipinin pozuntusu” hesab edir. Adının açıqlanmasını istəməyən ekspert bu vəziyyətin "Korrupsiya ilə mübarizə haqqında” qanunla qadağan olunan hallardan biri olduğunu bildirir. Şirkətin adı isə Razim Məmmədovun bacısı oğlunun və R.Məmmədovun doğulduğu Ermənistanın Sisiyan rayonunun Ağudi kəndinin adından götürlüb.
Xətai rayonunda böyük məbləğli büdcəyə malik tenderlərə malik çıxan şirkətlərdən biri də "Piramida-F.R.” MMC-dir. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 52, mənzil 20-də yerləşən "Piramida-F.R.” MMC ötən il "Ağ şəhər”" layihəsi çərçivəsində ərazinin tullantılardan təmizlənməsi və abadlıq işləri ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən tenderin qalibi olub. Bu tenderin həyata keçirilməsinə isə bir milyon manat büdcə vəsaiti sərf olunub. Bu tenderlə bağlı müəyyən iddialar var. Həmin iddiaları araşdırmağa çalıçacağıq. Araşdırma çərçivəsində Piramida-F.R.” MMC-nin direktoru Əlövsət Bilal oğlu Orucovun da mövqeyini öyrənməyə çalışacağıq.
"Yeni Sözçü” qəzeti