Oliqarxların sərvəti müsadirə olunacaq

Oliqarxların sərvəti müsadirə olunacaq

 


 

 

 

Deputatın Azərbaycandan xaricə çıxarılan kriminal mənşəli pulların ölkəmizdə sabitliyin pozulmasına yönəldilə biləcəyinə dair söylədiyi fikirlər bu perspektivi qaçılmaz edir

 

Yeni ilin gəlişi ilə Azərbaycan yeni siyasi vəziyyət erasına daxil oldu. Birləşmiş müxalifətin yanvarın 19-da "Məhsul” stadionunda keçirdiyi çoxminli mitinq yeni siyasi vəziyyətin ilk nəzərəçarpan görsənişi oldu. Ancaq siyasi ekspert və politoloqlar sosial şəbəkələrdəki fəallığı birləşmiş müxalifətin 19 yanvar mitinqindən daha önəmli sayırlar. Ekspertlərin bəziləri hesab edir ki, 19 yanvar mitinqinin özü də sosial şəbəkələrdəki fəallığın nəticəsidir. Bu fəallığı isə, ilk növbədə Qərb ölkələrindəki azərbaycanlı mühacirlərin sürətlə təşkilatlanması ilə əlaqələndirmək olar. Beləliklə də, Qərbdəazərbaycanlı mühacirlərin sürətlə təşkilatlanması,sosial şəbəkələrdəki fəallıq və müxalifətin izdihamlı mitinqi yeni siyasi vəziyyətin gözlə görünən təzahürləri oldu. İqtidaryönlü siaysətçi və politoloqlar isə ölkədə yaranan yeni siyasi vəziyyəti prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı islahatların nəticəsi hesab edirlər. İqtidaryönlü siyasətçilərin fikirlərinə görə, növbədənkənar prezident seçkilərinin keçirilməsi, ondan sonra yeni hökumətin formalaşması, idarəetməyə yeni simaların gətirilməsi yuxarıdan islahatlara imkan verdi. Deputat Zahid Orucun bir müsahibədə işlətdiyi fikirlərindən çıxan nəticəyə görə, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə ölkənin siyasi təqvimi dəyişdi və bununla da, xaricdə hazırlanan hansısa siyasi dalğanın qarşısı alındı. Qeyd edək ki, növbədənknar prezident seçkilərinin keçiriləcəyi haqqında məlumatı iqtidar düşərgəsində ilk dəfə deputat Zahid Oruc dilə gətirmişdi. O zaman deputat Zahid Orucun sensasion məlumatı hakim partiyanın rəhbər şəxsləri tərəfindən qəti olaraq təkzib edilmişdi. Ancaq çox qısa zaman sonra deputat Zahid Orucun "öncəgörməsi” reallaşdı. Bu məqam bir yandan hakim partiyanın dövlət idarəçiliyindən kənarda saxlanılmasının göstəricisi idisə, digər yandan da deputat Zahid Orucun kifayət qədər məlumatlı şəxs olmasının görsənişi idi.

 

 

İndi isə deputat Zahid Oruc oliqarxların kriminal mənşəli pullarının ən böyük təhlükə olmasını dilə gətirir. Deputat hesab edir ki, transmilli layihələrin başa çatması, yeni neft müqavilələrinin imzlanmasıiqtisadiyyatdahakimiyyət dəyişikliyinə getmək üçün bütün maneələri aradan qaldırır. Deputat hesab edir ki, Rusiya ilə münasibətlərin ən yüksək zirvədə olması da iqtisadiyyatda hakimiyyət dəyişikliyinə əlverişli imkan yaradan siyasi faktordur. Deputat Zahid Orucun növbədənkar prezident seçkiləri haqqında məlumatı ictimailəşdirməsi məqamını da nəzərə alanda belə aydın olur ki, Milli Məclisin ən fəal deputatı cəmiyyətə hansısa mesaj verir. Bu mesajın isə, cəmiyyətdəki gərginliyin əsas səbəbkarı olan oliqarxların sərvətinin müsadirə olunacağı ilə bağlı olmasını görməmək mümkün deyil. Deputatın açıqlamasından belə anlaşılır ki, oliqarxlara bu günə kimi dözmək məcburiyyətində olan hakimiyyət, artıq bundan sonra baş verənlərə göz yummaq istəmir. Milli Məclisin sədri Oqtay Əsədovla mübahisə etmək imtiyazına sahib olan Zahid Orucun oliqarxların bir təhlükə mənbəyi kimi görünməsi haqqında müstəqil media vasitəsilə cəmiyyətə verdiyi mesajın da tezliklə reallaşacağına şübhə ola bilməz.

Oliqarxların sərvətinin müsadirə oluncağı ehtimalını artıran daha bir açıqlama isə, Zahid Orucdan da bir qədər əvvəl deputat Fazil Mustafadan gəlmişdi. Deputat bəyan etmişdi ki,məmurların sahib olduqlarl sərvəti necə əldə etmələri ilə bağlı cinayət işi qaldırılmalı, araşdırma aparılmalıdır. Əlbəttə, Fazil Mustafanın həmin vaxt söylədiyi fikirlər ciddiyə alınmamışdı. Ancaq Zahid Orucun siyasi müstəvidəki mövqeyi Fazil Mustafanın mövqeyindən tamamilə fərqlidir. Fazil Mustafa partiya sədri olsa da, Zahid Oruc prezident İlham Əliyevin opanenti statusuna layiq görülmüş deputatdır. Bu isə tamamilə fərqli statuslardır.

Oliqarxların sərvətinin müsadirə olunması çox böyük kapitalın ölkəyə qaytarılmasına səbəb ola bilər. Məlum olduğu kimi, oliqarxların sərvətinin çox böyük hissəsi ölkə xaricində, əsasən də Avropa ölkələrindədir. Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xarici ölkələrdəki sərvəti haqqında ilkin məlumatlar ölkə xaricində necə böyük sərvətin olmasını təsdiq edir. Bəzi ekspertlər hesab edirlər ki, azərbaycanlı oliqarxların ölkədən çıxardıqları sərvətin miqadrı iki yüz milyard dollar civarındadır. Azərbaycan hakimiyyətində gözəl anlayırlar ki, bu pulların kiçik bir hissəsi, hətta bir faizi ilə də ölkədə ixtişaş yaratmaq mümkündür. Həmin sərvət sahiblərinin böyük əksəriyyətinin hakimiyyətə sədaqəti isə şübhəaltındadır. Hətta bəzi oliqarxların iqtidara qarşı xaricdən sərt təbliğat kompaniyası aparan mühacir fəalları maliyyələşdirməsi haqqında fikirlər də bu günə kimi bir neçə dəfə dilə gətirilib. Məsələn, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycan hakimiyyətinin sərt tənqidçiləri ilə Avropada yaxın əlaqələr qurması heç kimə sirr deyil. Eyni zamanda Avropaya köç etmiş sabiq məmurların bir çoxunun da fəal mühacirlərlə gizli əlaqələr saxlaması haqqında təsdiqlənməmiş məlumatlar var. İddialara görə, son zamanlar xaricdə Azərbaycan iqtidarına qarşı aparılan qarayaxma kampaniyasının maliyyə qaynağı da ölkədən köç etmiş oliqarxlar və ya onların ailə üzvüləridir. Bu məlumatların nə qədər səhih olduğunu söyləmək çox çətindir. Ancaq Azərbaycan iqtidarının mühacirətdəki əleyhdarlarının son zamanlar kəskin fəallaşması da maliyyə dəstəyi olmadan mümkün deyil. Təxminən bir il əvvələ kimi ən kiçik layihələrə pul tapa bilmədiyini təkrar-təkrar dilə gətirən mühacir fəallar son zamanlar pulsuzluqdan daha şikayət etmirlər. Eyni zamanda onlar ard-arda müxtəlif tədbirlər keçirməkdən də qalmırlar. Bütün bunlar isə, onların sabit maliyyə qaynağı əldə etdiklərini göstərir. Zahid Orucun oliqarxların sərvətinin təhlükə mənbəyi olması haqqında açıqlaması da mühacirlərin fəallığının arxasındakı maliyyə qaynağı haqqında konkret təsəvvürlər yaratmağa imkan verir. Ona görə də, tezliklə oliqarxların sərvətinin müsadirə olunması istiqamətində sərt addımların atılacağı barədə mülahizələr tam realdır. Çünki bunun anonsu artıq deputat Zahid Oruc tərəfindən edilib.

Sərvəti müsadirə olunacaq oliqarxların siyahısında kimlərin adı ola biləcəyi haqqında "Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumatı isə,müvafiq araşdırmadan sonra oxucularımıza təqdim edəcəyik. Həmin siyahıda kimlərin adının ola biləcəyini bilmək istəyirsinizsə,"Yeni Sözçü” qəzetinin oxucusu olmaqda qalın və növbəti saylarımızı gözləyin.

 

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti