Gürcü spiker:“İki ölkə arasında sərhəd məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”

Gürcü spiker:“İki ölkə arasında sərhəd məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”

 

"Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”.

Bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dost ölkələr arasında bütün aktual məsələlər məhz konsultasiyalar yolu ilə həllini tapır.

Spiker hamını sərhədlə bağlı aparılan danışıqlar ətrafında şəxsi improvizasiyalardan çəkinməyə çağırıb:"Hər bir məsələ ölkələr arasındakı münasibətlər çərçivəsində həll olunmalıdır və həddindən artıq gərginlik bu prosesə mane ola bilər”. 



Oxşar Xəbərlər

Xəbər lenti