Ənvər Seyidov:” Rəhim Qazıyev siz kimsiniz?

 


 

Niyə yadınızdan çıxartmısınız ki, Şuşa və Laçının işğalında siz də günahkarsınız "  

 

     Son zamanlar bəzi mətbuat orqanlarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov barəsində şantaj xarakterli və qərəzli məqalələr dərc olunub. Bəzi yazarlar bilərəkdən belə məqalələr yazmaqla  Azərbaycanın tanınmış, beynəlxalq təcrübəli , uzun illər məhkəmə orqanlarında çalışan hakimi və hüquq elmləri doktoru, profesor  Ənvər Seyidovun adını hallandıraraq, məqalələri gündəmə gətirib ajotaj yaratmaq istəyirlər. Həmin məqalələrdə hakimin keçmiş milli təhlükəsizlik naziri  Eldar Mahmudova göndərmiş olduğu köhnəlmiş məktbundan , siyasi məhbus sayılan Səid Dadaşbəyli və onunla mühakmə olunmuş digər dəstə üzvülərinin məhkəmə prosesindən söhbət gedir .Həmçinin sabiq müdafiə naziri Rəhim Qaziyevin hakim barəsində qondarma iddiaları və qərəzli açıqlamaları həmin yazılarda yer alıb. Lakin həmin qəzetlər bu mövzunun nə məqsədlə ortaya gətirilməsinin səbəblərini açıqlamamaqla yanaşı, kimlərin sifarişi ilə bu təbliğatın təşkil etdiyini gizlədirlər.

   Əslində isə indi ki, zamanda öz peşəsinə hörmət edən jurnalist keçmiş dövrə qayıdıb, baş verənləri və və yaxud hansısa keçmiş məmurun, hal-hazırda dövlət qurumunda işləyən və böyük hörmət sahibi barədə söylədiyi təkrar, şər və böhtan xarakterli fikirləri dərc etməli deyil. Əsl jurnalist bu günkireal vəziyyətdən və ölkə daxilində gedən proseslərdən yazmalı, yüksək sürətlə davam edən bahalıqdan, əhalinin maddi vəziyyətindən, sosial problemlərindən, maddi durumunun  gündən-günə ağırlaşmasının səbəblərindən, məmur özbaşnalığından, işsizlikdən, yaranmış böhrandan yazmalı və gündəmə gətirib müzakirə etməlidir.

Belə olan halda, yəni obyektiv, araşdırma və təhlil yazan jurnalist oxucunun daha  cox hörmətini qazanar,imzasına işlədiyi mətbu orqanına da hörmət edərlər. Jurnalist qərəzli, sifarişli və böhtan xarakterli  məqalələr yazmaqdan uzaq olmalıdır.

    Uzun müddət məhkəmə proseslərindən reportajlar hazırlayan bir yazar kimi  bu sahədə anlayışım olduğuna görə həmkarlarıma  bildirmək istəyirəm  ki, hər bir  hakimin icraatında olan həm cinayət, həm də mülkü işlərlə bağlı əlavə məlumat  yeni dəlil və sübutlarla bağlı hər bir  dövlət məmuruna, nazirə və hətta ölkə başçısına da ,məktub, sorğu və yaxud təqdimat göndərmək səlahiyyəti var. Biz həm də yaddan çıxarmamalıyıq ki, məhkəmə orqanlarına hakimlər ancaq ölkə başçısının sərancamı ilə təyin olunurlar. Onların fəaliyyətinə nəzarət edən dövlət qurumları var və hakimin qanunsuz hərəkətlərinə həmin qurumlar cavabdehdirlər.                                                                         

Mətbuatda barəsində yazılanlara münasibətini bildirən hakim Ənvər Seyidov  əvvəlcə belə çılız yazıları təşkil edənlərə və həmin məqalələrə yer ayıran Baş redaktorlara iradını bildirdi:

      "  Mən mətbuatda yazılanları ilk növbədə mənə  edilən hörmətsizlik və qərəzli kompaniya kimi  qiymətləndirirəm. Barəmdə yazılan həmin məqalələri cəfəngiyyat, uydurmalar, şər və böhtan  sayıram. Ən böyük iradlarım həmin yazıları dərc edən qəzetlərin Baş redaktorlarınadır. Onlardan soruşmaq istəyirəm ki, mənim sizə nə pisliyim olub,  bəlkə yadımdan çıxıb ? Təəssüf edirəm ki, Şuşa və Laçının işğal olunmasında və həmin zaman bizim müdafiə mövqelərimizin zəifləməsində böyük polu olan  Rəhim Qaziyevin mənim barəmdə söylədiyi yalanlarına , şər və böhtanlarına qəzetlərinizdə tez-tez yer ayırırsınız.  Bilirəm ki, bu yazıları kimlərinsə sifarişi ilə dərc edirsiniz. Bunlar cılız oyunlardır və  sifarişli kompaniyalara qoşulmayın .  Daha qlobal və aktual, xalqı daha çox maraqlandıran problemləri ortaya gətirin və yazın. Siz  unutmayın ki, mənim də həm dövlət, həm də müstəqil qəzetlərdə, obyektiv və qərəzsiz yazan jurnalist dostlarım var. Sizlərə üzümü tutub deyirəm: pulu qazananda halal qazanın və elə qazanın ki, sonra başınız ağramasın.Bəzi hakimlərdən fərqli olaraq mən, jurnalistlərin mənim sədrlik etdiyim məhkəmə proroseslərində iştirak etmələrinə icazə verirəm və heç bir problem yaratmıram. Barəmdə qərəzli məqalələr yazan jurnalistlərin nəzərinə çatdırıram ki, hakim işlədiyim dövr ərzində yüzlərlə, bəlkə də minlərlə məhkəmə prosesi aparmışam. Bəzi jurnalistlər isə hətta yazırlar ki, mən əsasən( keçmiş MTN-nin.E.M ) Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) -nın İstintaq İdarəsi tərəfindən istintaq aparıldığı cinayət işlərinə  dair məhkəmə proseslərini aparıram.  Birincisi, mən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimiyəm, hec bir vaxt da kiminsə diqtəsi, sifarişilə məhkəmə prosesini aparmıram, hökm elan etmirəm. Məhkəmənini rəhbərliyi tərəfindən mənim icraatıma verildiyi hər bir işlə yaxından tanış oluram, dərindən oxuyuram, hər bir detalları ilə maraqlanıram və  prosedur qaydalarına əsasən işi məhkəmə baxışına hazırlayıram. Məhkəmə prosesini isə qanun çərçivəsindən kənara çıxmadan, ədalətli, obyektiv aparır  və mühakimə olunan hər bir təqsirkara əməlinə görə cəza təyin edirəm. Bir hakim kimi cəza təyin edərkən, mühakimə etdiyim şəxsin birinci növbədə gühahı olub, olmadığını, dəlil subutlarla araşdırıram, onun şəxsiyyətini, psixoloji durumunu, sağlamlığını, ailə vəziyyətini və həmin şəxsin müsbət keyfiyyətlərini nəzərə alıram.

 Qəzetlər eyni zamanda yazıblar ki, təxminən 10 il bundan əvvəl guya mən Səid Dadaşbəyli və onunla mühakimə olunanlara guya sifarişlər əsasında ağır cəza vermişəm. Bu barədə yazanlara xatırlatmaq istəyirəm ki, mən hakiməm və mənim öz səlahiyyətlərim var. Məhkəmə  sədri tərəfindən onların işi mənim icraatıma verilib. Məlum olduğu kimi həmin dəstənin cinayyət tərkibli əməlləri kecmiş MTN-nin İstintaq  İdarəsi tərəfindən araşdırılıb. Dövlətin xüsusi nəzarətinə olan ağır cinayət işi olub və mən bir hakim kimi xüsusilədə bu işdə hər hansl bir qanun pozuntusuna yol verə bilməzdim.Bir daha siz jurnalistlərin nəzərinə çatdırıram ki, mən Səid Dadaşbəyliyə və onun ətrafına toplaşanlara,qanuna uyğun olmayan əməllərə görə cəza vermişəm. Bu prosesdə mənə hər hansı bir məmur və dövət səviyyəsində təsir olunmayıb. Ancaq mən ilk növbədə dövlətçiliyimizin qorunması prinsiplərini hər şeydən üstün tuturam. Unutmayaq ki, bu dəstənin üzvləri müstəqil dövlətimizin inkişafına qarşı çıxmışdılar və öz fərziyyələri əsasında ölkəmizdə yeni dövlət qurmaq istəyirdilər. Onların bu qanunsuz hərəkətləri isə  Konstitusiyamıza və qanunlarımıza zidd idi.  "  Rəhim Qazıyev, siz kimsiniz ki, mənə şər və böhtan atırsınız. Məqsədiniz nədir ? Mən tam məsuliyyətimlə deyə bilrəm ki, sizin ümumiyyətlə danışmağa haqqınız yoxdur. Özünüz  yaxşı bilirsiniz ki, məndə sizin cinayət əməllərinizlə bağlı çoxlu qanuni dəlil və sübutlar var.Siz  özünüz məcbur edirsiniz ki, əməllərinizdən bütün insanlar xəbərdar olsunlar. Yaxşı xalq məsələsi var "Elin gözü tərəzidir” deyirlər.Çünkü siz müdafiə naziri olanda  xalqı çox aldatmısınız. Yadınıza salıram, siz  kişi kimi söz verib demişdiniz ki, "Əgər Şuşa şəhəri əldən getsə, ermənilər tərəfindən işğal olsa başıma güllə vuracağam.” Amma başınza güllə vurmağa cürətiniz çatmadı. Mən tam məsuliyyətimlə deyə bilirəm ki,  Şuşa və Laçının ermənilər tərəfindən işğal edilməsində sizin günahınız daha çoxdur. Buna görə də sizin bu gün danışmağa haqqınız yoxdur. Çünki buna əsaslarım var. Özünüz də yaxşı bilirsiniz ki, mən hakim olsam da , Azərbaycan vətəndaşı kimi ilk növbədə dövlətiçiliyimizin qorucusuyam, onun inkişafına çalışıram və ona qarşı çıxanlara qarşı da mübarizə aparıram.

Ənvər Seyidov:” Rəhim Qazıyev siz kimsiniz?

 Rəhim Qazıyev, sizin məqsədiniz nədir ? Vaxtaşırı bəzi mətbuat orqanları vasitəsilə barəmdə ağlına gələncəfəngiyyatları yazdırırsınız.Mənə şər atmaqdan yorulmadınız?Xalq hələ sizin digər əməllərinizbarədə məlumatsızdırlar.Özünüzü hamıya təmiz bir insan kimi təqdim etməyə çalışırsınız. Niyə yadınızdan çıxartmısınız ki, Siz əvvəlcə Qarabağımızın incisi olan Şuşa şəhərinin, sonra isə Laçının düşmənlər tərəfindən işğalına şərait yaratmısınız. Orada gedən döyüşlərdə həlak olan gənclərin günahkarı siz deyilsinizmi ? Niyə Şuşa və Laçın da nə baş verdiyin və kimlərin sifarışi ilə işlədiyni niyə açıqlamırsan Rəhim bəy ? Çünkü ən böyük günahkarsan. Bəs bütün Azərbaycan xalqının qarşısında çıxıb kişiyanə demişdin ki, Şuşa düşmən tərəfindən işğal olunsa başıma tapança ilə başına güllə vuracaqsan. Bəs, nə oldu Şuşa artıq 24 ildir düşməndədir. Bəlkə sizin yadınızdan çıxıb.Siz özünüz də şahid  oldunuz ki, sizin məhkəmə prosesinizdə də ifadə verən şahidlər sizin günahlarınızı sübut edən kifayət qədər faktlardan danışıblar. Şuşanı və Laçın rayonunu ermənilərə vermək üçün dəridən qabıqdan çıxmısınız. Sual olunur ki, əgərvətənpərvər oğul idınizsəonda niyə ,1992-ci ildə  aprelin 30 –da həmin vaxtlar Pespublikaya rəhbərlik edən Yaqub Məmmədov  Respublika Ali Sovetinin  sədr müavini olmuş  mərhum Afiyəddin Cəlilovla birlikdə, Laçın koridoru məsələsi ilə bağlı İranın keçmiş prezidenti Rəvsancani ilə görüşə getmədiniz? Yaqub Məmmədov  məhkəmə prosesində bildirdi ki, onlar İrana danışıqlara gedəndə siz də Azərbaycanın müdafiə naziri kimi danışıqlara onlarla getməli idiniz. Ancaq sizi tapmayıblar və sonradan məlum olub ki, siz dövlət rəhbərliyinə məlumat vermədən və rəsmi icazə almadan  Bişkek şəhərinə o qədər də vacib olmayan bir tədbirə getmisiniz. Çünkü siz çox yaxşı bilirdiniz ki, İran  prezidenti ilə  Azərbaycanın rəhbər şəxsləri Qarabağın taleyinin həll olunmasını, Laçın  koridorunun məsələsini  müzakirə obyektinə cevirəcəklər. Bilirdiniz  ki, əgər Laçın koridoru müvəqqəti  açılsa da bu ermənilərin xeyrinə  idi. Azərbaycan nümayəndə heyətinin təkidlərinə baxmayaraq İran tərəfi Ermənistanın xeyrinə bu məsələni həll etdi. Həmin danışıqlarda mərhum Afiyəddin Cəlilov çox sərt çıxış edib bu məsələnin ümumiyyətlə müzakirə olunmamasını təklif və tələb etmişdi. O,  Laçın koridoru  açılarsa Azərbaycanın ziyanına olacağını görüş iştirakçılarının  nəzərinə çatdırıb. Amma siz həmin vaxt  əziz dostunuz Rusiyanın sabiq müdafiə naziri, sizin sirdaşınız  olan Qraçovun göstərişi ilə Bişkekdə oldunuz. Çox da vacib olmayan bir görüşdə iştirak etdiniz və həmin dostunuzdan yaxşı məsləhətər aldınız. İstintaq, məhkəmə sənədlərindən, şahid ifadələrindən də məlum oldu ki, Sizin birinci məqsədiniz Şuşanın müdafiəsini zəiflətmək olub. 1992-1992- ci illərdə  ölkəmizin hər yerindən vətəndaşlar Şuşaya və ətraf ərazilərə  könüllü olaraq silah, sursat, pul, ərzaq bağlamaları, əsgərlər üçün isti paltarlar, dərman ləvazımatları  və digər göndərirdilər. Ancaq siz , hərbiçiləri ruhdan salmaq üçün həmin silah,sursat və digər yardımları onlara vermir,həmin silah və sursatları guya hərbi qarnizondakı  anbara boşaltmaq adı ilə əvvəlcə 9 –nömrəli anbara aparır,qeydiyyatdan keçirtdikdən sonra   anbara boşaltmaq əvəzinə naməlum  maşınlarla naməlum istiqamətə göndərirdiniz. Aparılan araşdırmalardan sonra, çoxlu sayda silah və sursatın "qara bazarda” satıldığı, əldə edilən pulların isə vaxtaşırı Pusiya banklarına yerləşdirdiyi məlum olub. Rəhim bəy, sizin əməlləriniz bununla bitmir. Siz, həmin Şuşanın güclü müdafiəsini qurmaq əvəzinə çamaatın Vətən müdafisindən topladıqları qiymətli əşyaları və pulları yük təyyarəsi ilə Rusiyanın paytaxtına göndərirdiniz. Siz  Şuşada olan zamanı insanları çaşdırmaq üçün, belə bir oyun qurdunuz. Guya ermənilər gecə hərbiçilərimizin olduğu kazarmaya "zasada” edib, 9 nəfəri öldürüb və özünü də ayağından yaralayıblar. Məhkəmə zamanı şahid qismində ifadə verən Şuşa batalyonun komandiri olmuş Nail Kazımov bu hadisənin də sizin tərəfinizdən quraşdırıldığını bildirib. Siz ayağınızın həmin hadisə baş verən zaman aytomatdan açılan atəş nəticəsində yaralandığını bildirsəniz də, məhkəmədə təyin etdiyimiz məhkəmə - tibbi ekspertizanın rəyinə görə isə ayağınızın avtomat silahdan deyil, tapança gülləsindən xəsarət aldığınız məlum olub.Bu cinayət işinin Bakı şəhər Prokurorluğuna göndərilməsi üçün təqdimat vermişdim. Təəssüflər olsun ki, indiyə qədər həmin cinayətin üctü açılmayıb. Siz eyni zamanda Laçının da müdafiəsini zəiflətmək üçün həmin vaxt düşmənə qarşı mərdliklə döyüşən, düşmənlə üzbəüz dayanan, elin vətənpərvər oğlu, təcrübəli hərbiçi Arif Paşayevin komandiri olduğu könüllülərdən ibarət batalyonu bilərəkdən ləğv etdirmisiniz. Bəli, həmin vaxtdan Şuşa və Laçının müdafiəsi  bir daha  zəiflədi. Siz bütün bunları bilərəkdən edirdiniz. Rəhim bəy, çünkisiz Pusiyanın keçmiş müdafiə naziri, həm də erməniləri dayısı  Qraçovun diqtəsi ilə hərəkət edirdiniz. Məhz sizin bu "fəaliyyətiniz " sayəsində Şuşa və Laçın rus havadarların köməkliyi iləermənilər tərəfindən işğal olundu . Bəli, Rəhim bəy Siz, həmin vaxt Müdafiə naziri idiniz. Sual olunur, Siz niyə Şuşa və Laçının müdafəsi üçün göndərilən silah və sursatı  "qara bazarda” satırdınız?  Eyni zamanda istintaq və məhkəmə araşdırmaları zamanı məlum oldu ki, Sizin göstərişləriniz əsasında Şuşanın müdafisində dayanan əsgərlərimizə soyuq və qarlı hava şəraitində dəri çəkmələr əvəzinə,” dermantin” materialdan olan çəkmələr vermisiniz, onları günlərlə ac və silah və sursatsız qoymusunuz. 1992-ci ilin may ayının əvvələrində Şuşada qızğın döyüşlər gedəndə, siz orada tapılmırdınız və orada vuruşan könüllərə kömək üçün nə canlı qüvvə, nə ərzaq, nə də ki, silah və sursat göndəməməsiniz. Vətənin müdafisinə ayrılan milyonları isə şəxsi mənafeyiniz üçün istifadə edib, milyonları Rusiya banklarında yerləşdirdiniz.

 

     Siz mətbuatda yazdırırsınız ki, Şuşa və Laçının işğalı ilə bağlı 1994-cü ildə keçirilən məhkəmə prosesində , məhkəmə başlayanda mənim göstərişimlə Sizi dəmir qəfəsə saldım və məhkəmə baxışını keçirdim. Sual olunur, mən neyləməliydim? Bir hakim kimi qanunla hərəkət edirdim ,ittihama əsasən siz Şuşa şəhərinin və Laçın rayonun işğalına, digər əməllərinizə görə suçlanırdınız. Danılmaz faktlarla Sizin günahlarınız sübut olunmuşdu və qanun çərçivəsində mən hərəkət etdim, Sizə layiqli cəza verdim. Siz  qeyd edirsiniz ki, mən həmişə sifarişli hökmlər elan edirəm.Sizin əlinizdə bu barədə sübutlar var ? varsa bəs niyə gizlədirsiniz? Məgər mən Sizin barənizdə sifarişli hökm çıxartmışam ?  Bəs, onda Siz niyə azadliqdasınız ? Sizin bəxtiniz gətirdi ki, özünüzü yalandan siyasi məhbus kimi təqdim edib Avropa Şurasının köməkliyi ilə həbsxanadan azad oldunuz. Unutmayın ki, əsl siyasi məhbuslar bu gün zindanlarda əziyyət çəkirlər. Siz onlardan artıq adam deyilsiniz Rəhim bəy. Sizə də məsləhətim budur ki, müxtəlif mətbuat orqanlarında mənə qarşı apardığınız, qondarma, yalan , şantaj xarakterli təbliğatı dayandırasınız. Bir də Sizə məsləhətim budur ki, Siz mənim hakimlik və yaxud digər fəaliyyətlərimə qiymət verməyin. Mənim fəaliyyəimə təkcə məni öz sərancamı ilə bu posta təyin edən, hörmətli prezidentimiz İlham Əliyev qiymət verə bilər. Mənim necə insan olduğumu da bütün xalqımız bilir, narahat olmayın.

Elman Malıyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti