8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan tarixində ikinci "Babiy bunt” baş verə bilər
Tarixə qadınqiyamı və daha dəqiq desək "Babiy bunt” kimi düşən müqavimət hərkatı 101 il əvvəl, 1916-cı ilin 14 fevralında Bakıda baş verib. 101 il əvəl baş verən 3 gün davam edən və qan içində boğulan kütləvi etiraz aksiyası ilə bahalaşma ilə əlaqədar baş verib. O zamanın mətbuatının məlumatına görə, hər şey bazarlardan başlayıb. Qadınlar əvvəlcə xırda alverçilərlə hesablaşıblar, sonra iri alverçilərin dükanlarına hücum çəkiblər, bütün ərzaq məhsullarını küçələrə töküb və daşıyıb aparıblar. Hadisələrin 2-ci günü tarmar mərkəzi küçələrdəki mağazalara keçib. 3-cü gün isə qadınlar dəyirmanları, un və şəkər anbarlarını qarət ediblər.
Rusiya bolşevik inqilabının ideoloqu Lev Trotski həmi hadisələrdən bir il sonra "Tarixin ironik çırtması” adlı məqaləsini yazırdı ki, Bakı qiyamı öz mənalılığında Dumadakı bütün müzakirələrdən daha parlaq və aydındır!”
101 il əvvəlin tarixi hadisələrii əbəs yerə xatırlamadıq. Tarif Şurası ötən ilin noyabrın 28-də keçirilən toplantısında qazın və elektrik enerjisinin qiymətlərin qaldırılması haqqında qərar çıxardı.Şuranın bununla bağlı yaydığı press-relizdə bildirildi ki, qazın və elektrikin tariflərinin qaldırılması ilə bağlı Dövlət Neft Şirkəti (SOCAR), "Azərenerji” ASC və "Azərişıq” ASC müraciət edib. Müraciətləri araşdıran Tarif Şurası təbii qazın və elektrik enerjisinin pərakəndə satışı ilə bağlı yeni tariflər müəyyən etdi. Bunun ardınca isə məcburi köçkünlərin elektrik, qaz və su pulundan azad olunmasına son verildi.
Belə ki, prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzaladı. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır.Sərəncamda həmçinin, məcburi köçkünlərin məskunlaşdığı tikililərin sayğaclaşdırılması da nəzərdə tutulub.
Doğrudur, indi bunun əvəzinə onlar hər ay 36 manat məbləğində vahid aylıq müavinət alacaqlar. Yəni, elektrik, qaz və su pulunu ödəmək şərti ilə məcburi köçkünlərə verilən müavinət 16 manat artırılıb. Ancaq hər kəs də fərqindədir ki, 16 manat əksər məcburi köçkünlərin elektrik, qaz və su pulunu ödəməyəcək. Doğrudur, məcburi köçkünlərin təxminən 25-30 fazii dövlətin müavinatı olamadan da öz kommunal xərclərini ödəyə bilər. Ancq məcburi köçkünlərin ən azı 70 faizinin dövlətin dəstəyinə ehtiyacı var. Xüssusilə də, ən azı 50 faizi bu xərcləri müavinata edilən 16 manat əlavə pulla ödəmək imkannda deyil. Bu isə çox ciddi sosial etirazlara səbəb ola bilər. Tarif Şurasının ötən ilin noyabrın 28-də keçirilən toplantısında qazın və elektrik enerjisinin qiymətlərin qaldırılması haqqında qərarından sonra baş verən lokal etiraz aksiyaları da bunun xəbərçisidir. Qeyd edək ki, Tarif Şurasını məlum qərarından dərhal sonra Biləsuvar rayonunda məskunlaşan məcburi köçkünlərin etirazı baş verdi. Daha sonra isə Bərdə və Ağdam rayonlarındakı məcburi köçkünlər etiraza qalxdılar. Nəhayət,etiraz dalğası paytaxt ətrafı qəsəbələrə və paytaxtın özünə çatdı. Belə ki, fevralın 2-də Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki "Qızılqum" sanatoriyasında məskunlaşan məcburi köçkünlər aksiya keçirdi. Onlar yaşadıqları yataqxanaya sayğac quraşdırılmasına etiraz edirdilər. Eyni gündə Yasamal rayonunda məskunlaşan bir qrup məcburi köçkün sayğacların quraşdırılmasına etiraz etdi. Onlar da "Azərqaz” və "Azərışıq”ın nümayəndələrinin məcburi köçkünlərin məskunlaşdığı binalarda sayğac quraşdırmaq istəyinə qarşı etiraz ediblər. Etiraz nəticəsində binada sayğacların quraşdırılması təxirə salınıb. Yasamalla yanaşı Sabunçu rayonu Pirşağı qəsəbəsindəki Qızılqum, Gilavar, Məşəl, Tonqal, Lalə və başqa düşərgələrdə məskunlaşan məcburi köçkünlər də sayğac quraşdşrılmasına imkan verməyiblər.Yəni "Azərqaz”, "Azərişiq” və "Azərsu” prezidentin 23 yanvar tarixli sərəncamında nəzərdə tutulan vəzifəni icra edə bilmir. Yaranmış vəziyyətin ağırlığı hər kəsə aydın olsa da, məmurların müansibəti heç anlaşılan deyil.
Məsələn, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, Qarabağın Azərbaycan icmasının rəhbəri Bayram Səfərov hesab edir ki, vətəndaşın etiraz hüququ yoxdur. Məcburi köçkünləri etiraz etdikləri üçün qınayan Bayram Səfərov belə deyib: "Siz kimsiniz dövlət qarşısında şərt qoyursunuz?”
İcra başçısının məntiqi orta əsr dövrünün məmurunun məntiqinə bənzəyir və Bayram Səfərov hələ bilmir ki, respublika quruluşu vətəndaşa etiraz etmək hüququ verir. Ancaq belə görünür ki, uzun müddət Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri işləmiş, Qarabağda əsasən iaşə müəssisənin sahibi kimi tanınan Bayram Səfərovun belə məsələlərdən xəbəri yoxdur. Eyni zamanda bu şəxs fərqində deyil ki, o yalnız bir rayonun icra başçısı deyil, həm də Qarabağın Azərbaycan icmasının rəhbəridir. Fərqində olsaydı, bilərdi ki onun bu cür açıqlamaları diplomatik danışıqlarda ermənilər tərəfindən əleyhimizə istifadə oluna bilər. Ermənilər vətəndaşın etiraz haqqını tanımayan, vətəndaşın dövlətdən nə isə tələb etməsini qəbul edə bilməyən bir şəxslə, həm də vəzifəli bir şəxslə bir yerdə yaşa bilməyəcəklərini bildirsələr, dünya onların mövqeyin müdafiə edəcək. Bayram Səfərov isə belə incə məqamlardan xəbərsizdir və buna görə də belə açıqlamalar verməkdən çəkinmir. Ancaq bütün bunlar soyuqdan donan, açlıqdan əziyyət çəkən, xəstəlikdən müalicə oluna bilməyən insanların etirazlarının bir dəfəlik qarşısını almaq gücündə deyil. Buna görə də gələəck tarixçilərin "İşıq qlyamı” adalandıracaqları olaylar baş verə bilər. Bunun qarşısının alınması ancaq hakimiyyətin əlindədir. Ancaq bu güc yolu ilə deyil, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması nəticəsində mükün ola bilər.
Azad AYDIN,
"Yeni Sözçü” qəzeti