İnhisarçıların birinci sabotajı

 

 "Azersun” Holdingə məxsus malların qiyməti həqiqətən də artırılıb. Xüsusilə yağ, un, düyü və qəndin qiyməti qaldırılıb.

"Hazırda mağazalara qəndin 1 kiloqramı 1 manat 73 qəpiyə verilir. Mağazalar isə 1 manat 80, 1 manat 90 qəpiyə satışa çıxarır. Bir ay əvvəl isə qənd 1 manat 26 qəpiyə paylanılırdı və 1 manat 40 qəpiyə satılırdı. Şirkət qəndi təxminən 47 qəpik bahalaşdırıb”, - deyə mağazalardan bildiriblər.

Unun kiloqramı 1 ay əvvəl 45-50 qəpiyə satılıb. Hazırda isə 75-80 qəpiyə satılır.

"Final” qarğıdalı yağlarının qiyməti də artırılıb. 1 litrlik yağlar əvvəllər 3 manat 10, 3 manat 30 qəpiyə satılırdı. İndi isə 3 manat 80 qəpiyə satılır. "Supersun” 910 qramlıq yağları 4 manat 10 qəpiyə verilirdi və mağazalar 4 manat 50 qəpiyə satırdı. İndi şirkət bu yağları mağazalara 4 manat 50 qəpiyə verir. Bu həftədən bu yağlar 5 manat olub. Amma mağazalar bu yağların qiymətinin yenidən bahalaşacağını güman edirlər. 1 kilo 900 qramlıq dəmir qabda əridilmiş yağlar hazırda 12 manata satılır. Halbuki 1 ay əvvəl 8 manata satılıb.

"Möcüzə” və "Sana” 200 qramlıq 70 qəpiyə gətirilirdisə, hazırda mağazalara 85 qəpiyə verilir. Mağazalar isə 90 qəpiyə satır. Beləliklə, yağların qiymətində 20 qəpiklə 1 manat 50 qəpik arasında artım olub.

Şəkər və çayın qiyməti isə 5-10 qəpik bahalaşıb.

Məslə ilə bağlı Qaynarinfo.az-a açıqlama verən "Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bildirib ki, şirkət tərəfindən qiymət artımı və ya məhsulların qiymətində yenilənmə ilə bağlı qərar qəbul olunmayıb: "Şirkətin məhsulları xammalın alışına uyğun dolların məzənnəsi ilə tənzimlənir. Dolların məzənnəsinə uyğun olaraq bəzi məhsullarımızın qiymətində ucuzlaşma baş verib. Dolların məzənnəsi 1.48-dən AZN-dən 1.64 AZN-ə qalxıb. Prinsip etibarilə 20-25 faiz bahalaşıb. Ancaq bizim məhsullarda bahlaşma olmayıb. Satış mərkəzlərində vəziyyət bir az fərqlidir. Şəhər mərkəzində olan mağazalarla şəhər kənarındakılar arasında qiymət fərqi ola bilər. Çünki şəhər mərkəzində icarə haqqı 2-3 qat baha olur. Elə məhsullar var ki, xammala görə qiyməti 5 faiz aşağı salına bilər. Elə məhsullar da var ki, 5 faiz bahalaşa bilər. Mövsümi xarakterli məhsullarda qiymət ucuzlaşması var”.

Holdinq rəsmisi qeyd edib ki, distribütorlar qiyməti müəyyən yerə qədər özləri tənzimləyir: "Sadəcə şəhərin birinci zonasında yerləşən marketlərdə icarə haqqı baha olduğundan onlarda qiymət nisbətən baha ola bilər. Valyutada qiymət fərqi olarsa, xammal almaq üçün qiymətlərdə müəyyən tənzimləmə olacaq. Hazırda holdinq qiymət artımı ilə bağlı qərar qəbul etməyib”.

 

*   *   *15:55

Hazırda ərzaq mallarının istehsalı üzrə yerli bazarın inhisarçısı olan «Azersun» Holding bu bazar günləri ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim edib.

Novosti.az saytı xəbər verir ki, bu barədə yerli supermarketlərdən birinin sahibi söyləyib.

Hal-hazırda məhsulların piştaxtalarda və kassa aparatında yazılan qiymətləri dəyişdirilir.

"Azersun"un demək olar ki bütün malları yeni qiymətlə gəlib. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb”.

Dəyəri artan əsas ərzaq məhsullarının siyahısını təqdim edirik:

- duz;

- un;

- kərə yağı;

- düyü;

- şəkər;

- qənd;

- süd məhsulları.

 "Azersun” Holding tərəfindən qiymətlərin qalxması idxal məhsullarına gömrük rüsumlarının artımı haqqında hökumətin inqilabçı qərarı ilə eyni vaxta düşüb. Bu addım yerli istehsalı stimullaşdırmağa və idxal edilən analoqları ilə müqayisədə yerli məhsulun rəqabətə davamlılığını yüksəltməyə hesablanıb. Ancaq biz görürük ki, inhisarçılar bu addımı sabotaj etməyə və idxal məhsulunun bahalaşması ilə eyni vaxtda öz mallarının qiymətlərini artıtrmağa başlayıblar.



Oxşar Xəbərlər

Xəbər lenti