8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Çox sevindirici haldır ki, bizim idmançımız, bizim yetişdirdiyimiz idmançı dünya çempionu oldu”.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında Ramil Quliyevin dünya çempionu olması haqda danışarkən deyib. O bildirib ki, bu Türkiyə və Azərbaycan tarixində ilk idi: "Biz onu Londonda olanda da təbrik etdik. Cənab prezident də təbrik etdi. Finala çıxanda bilirdik ki, Ramilin medal qazanmaq şansı var. Biz türkiyəli rəsmilərlə görüşdük və belə qərara gəldik ki, Ramil çempion olsa, hər iki ölkənin bayrağını dalğalandıracaq. Ona bayrağı da biz verdik.
Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Həmin o qələbə zamanı Beynəlxalq Yüngül Atletika Federasiyasının prezidenti birinci bizi təbrik etdi. Dedi ki, bilirəm o sizin müştərək idmançınızdır”.
"Ramil Quliyevin getməsi ilə əlaqədar mənim müsahibələrmi çıxarırlar üzə. Heç birini təkzib etmirəm. Mənim dediklərim onun idmançı kimi yaxşı olmasına aid deyil. 2015-ci ildən öncə məndən soruşublar demişəm nəticəsi olmayacaq. Rio Olimpiadasından qabaq da demişəm”.
***
Çingiz Hüseynzadə İngiltərə mətbuatına açıqlama verən və Azərbaycanı tənqid edən Layeş Abdullayev haqqında da danışıb: "”The Guardian” qəzeti Azərbaycan haqqında 4000 məqalə yazıb. Azərbaycana qarşı qərəzli mövqe tutan bu jurnal Avropa Oyunlarında akkreditasiya ala bilməmişdi. Onlar bizə qarşı qərəzli mövqeni davam etdirir. Britaniyadakı səfirliyimiz vasitəsilı "Guardian”a mesaj göndərmişəm. Onlara təkzib yazmağı demişdik. Amma onlar əməllərindən əl çəkmir. Həmin o jurnalda yazılanlara siz jurnalistlər cavab verməlisiz. Buna məmurlar cavab verməməlidir. Jurnalistə məmurun cavabı düzgün deyil. O deyib ki, mən 7 min dollar mənimsəmişəm. Layeşin Azərbaycan Yüngül Atletika Federasiyas ilə müqaviləsi yox idi, klubla var idi. Onun dediyi pullar 3-cü İslam Həmrəylik Oyunları ilə bağlı verilən mükafat idi. O pulu nazirıik vermişdi. Bu mənə necə çata bilər? Layeş burada nə qədər pul qazanıb. Onun Efiopiyada taksi şirkəti, obyektləri var”.
"Ramil məsələsinin idman və mənəvi tərəfi var. Saytlar yazırlar ki, federasiya Ramilə pul verməyib. Nə verdiklərimizi demək istəmirəm. Ramil Azərbaycanda yeganə idmançıdır ki, 19 yaşında evlə təmin edilib. O, "Neftçi” klubundan yaxşı maaş alıb. Ən yüksək maaş olub. Bütün idmançılara verilən qədər pul verilirdi. Onun haqqında araşdırma aparın. Görün necə Azərbaycanı tərk edib? Mən dəfələrlə legioner söhbətləri haqqında danışmışam. Həmişə demişəm ki, idmançılar istənilən ölkə adına çıxış edə bilərlər. Bu gün də Azərbaycanda qaçış üçün istənilən baza yoxdur. Heç bir rayonda qaçış zolaqları yoxdur. Atletika üçün xüsusi stadionlar yoxdur. Biz adətən xaricə getməyi düşünürük. Bizdə problemlər çoxdur. Bizim dediklərimizə inanmaya bilərsiz. Amma araşdırmalar aparsanız görərsiniz”.
"Ramil Quliyevi "Fənərbaxça”ya biz göndərmişik. Ona icazə verdik. İstanbul klubundan heç kim pul almadı. Ramil Quliyev özü də bunu qeyd etmişdi. Biz onu Azərbaycan çempionatına dəvət edirik. Gəlir və çıxış edirdi. Sonra məlum oldu ki, o, bir müddətdir Türkiyə vətəndaşlığını qəbul edib. Biz onu buraxmırdıq. Beynəlxalq qaydalara görə bir idmançı başqa ölkə vətəndaşlığını qəbul edirsə, 3 il çıxış edə bilməz. Amma Ramil 2 il sonra Türkiyə bayrağı altında çıxış etdi. Niyə? Çünki 1 il idi ki, vətəndaşlığı qəbul etmişdi. İndi də deyirəm, Ramil fəraridir”.
Sozcu.info