Sahibkar sərnişindaşıma nəqliyyatında inhisar yaratmağa çalışanların planlarını açıqladı

 

Sahibkar sərnişindaşıma nəqliyyatında inhisar yaratmağa çalışanların planlarını açıqladı

 


 

Son illər iqtisadiyyatın bir çox sahələrində yaşanan geriləmə, idxal-ixrac əməliyyatlarının və istehsalın səmərəliliyinin azalması, xidmət sahələrinin cəlbediciliyini artırıb. İndi işbaz sahibkarlar xidmət sahələrində inhisalarını gücləndirməyə çalışırlar. Bu hal xüsusi ilə də sərnişindaşıma nəqliyaytında hiss olunur.

94 saylı marşrut xəttinin daşıyıcısı Qafqaz Səfər oğlu Maqsudov da son illər ciddi təzyiqlərlə üzləşib. Dəfələrlə müxtəlif bəhanələrlə 94 saylı marşrut xəttin sahibkarın əlindən alınmasına cəhd edilib. Indi sahibkar növbəti belə halla üzləşib. Bununla əlaqədar sahibkar dövlət rəsmilərinə və ictimaiyyətə müraciət edib: "Sözügedən marşrutun xidməti ərazisində 20 ildən artıq bir müddətdir ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğulam. Tərəfimdən istismar olunan 94 saylı marşrut xəttində istifadəçilərin ixtiyarına verilmiş avtomobil nəqiyyat vasitələri sərnişinlərin rahatlığı, onların sağlamlığı və təhlükəsizliyi baxımından tam yararlı və saz vəziyyətdədirlər. Müasir tələblərə yetərincə cavab verən 15 sayda nəqliyyat vasitəsinin istismar olunduğu xətt üzrə sərnişinlərə 21 nəfər peşəkar istifadəçi (sürücü) heyəti xidmət göstərir. 6 nəfərdən ibarət personal həmin nəqliyyat vasitələrinə müntəzəm texniki yardım göstərir, 6 nəfər işçi ilə dispetçer fəaliyyətini həyata keçirən əməkdaşlarımız müvafiq yol qrafiklərinə əsasən nəqliyyat vasitələrinin intensiv hərəkətinin tənzimlənməsi, bu və ya digər səbəblərdən yolun müəyyən hissələrində baş verə biləcək neqativ halların qarşısını dərhal alaraq iş reqlamentinə uyğun onların operativ nizamlanmasını təmin edir. Rəhbərlik etdiyim müəssisədə ümumilikdə 35 nəfərlik kollektiv fəaliyyət göstərir. Sahibkar olaraq işçilərin hər biri üçün yüksək əmək şəraiti yaratmış, onların motivasiyası, koorperativ fəaliyyətləri üçün sabit mühit formalaşmasına nail olmuşam”.

Məhz bu səbəbdən hazırda bizim kollektivi dövlətimizə və dövlət başçısı cənab İlham Əliyevə bütün kompanentlərinə görə bağlı olan monolit bir təsisat kimi xarakterizə etmək olar.

Xüsusilə qeyd etmək istəyirəm ki, qarşıdan gələn və eləcə də dövlətimiz üçün çox əlamətdar olan növbəti prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat işlərinə start verilən ilk gündən müəssisədə bu yöndə müntəzəmtədbirlər, disputlar, toplantılar, təbliğat xarakterli görüşlər keçirilir. Bu görüşlərdə Ulu Öndərin müasir Azərbaycan dövlətinin qurucusu olaraq xalqımızın gələcəyi naminə gördüyü tarixi işlər, atdığı qətiyyətli addımlar, milli maraqlar zəmnində əldə etdiyi mühüm nailiyyətlər, bu prinsiplərdən çıxış edərək onun məlum idealoji xəttini daha da inkişaf etdirən, milli dəyərlərimizi, müasir Azərbaycan modelini dünyaya təqdim edən xalqımızın sevimli oğlu İlham Əliyevin istər ölkədaxili siyasəti, istərsə də xarici siyasətdə dövlətimizin iqtisadi inkişafı, xalqın sosial rifah halının daha da yaxşılaşdırılması, milli təhlükəsizliyimiz, siyasi sabitlik, ərazi bütövlüyümüzvə s. sahələr üzrə həyata keçirdiyi uzaqgörən, düşünülmüş, son dərəcə mükəmməl və tutarlı siyasəti işçilərin diqqətinə çatdırılır. Həmçinin 11 aprel 2018-ci il tarixdə növbəti prezident seçkilərinin keçirilməsinin zəruriliyi, xalqımızın xoşbəxt gələcəyinin yeganə təminatçısı olan cənab İlham Əliyevin bu seçkilərdə qalib gəlməsinin mühüm amil olduğu, ona görə də seçki günü yekdilliklə bizim yeganə və təkrarsız namizədimiz olan cənab İlham Əliyevə səs verməyin vacibliyi və müstəsna əhəmiyyəti kollektivüzvlərinin diqqətinə çadırılır. Bir sözlə bizi hal-hazırda qarşıdan gələn prezident seçkiləri düşündürür və fəaliyyətimizi də bu istiqamətdə təşkil etmişik.

Bəzi daşıyıcılardan fərqli olaraq bildirirəm ki, seçkilərdən dərhal sonra istismar etdiyim marşrut xəttində müasir standartlara cavab verən, habelə dövlətimizin və şəxsən bir sahibkar olaraq mənim marağımda olan kart sisteminin tətbiq olunmasını reallaşdıracam.


Sahibkar 20 ildən artıq bir müddətdə istismar etdiyi marşurut xəttinin əlindən alınması ilə bağlı üzzləşdiyi son cəhdlə bağlı belə düşünür: "Son dövrlər bəzi mətbu orqanlarından, sosial media resurslarından istifadə edərək  aidiyyəti dairələrin rəyini azdırmaq, onları əsas məqsədlərdən yayındırmaq, zahirən maraqlı tərəf obrazı yaratmaq, əslində gizli və məkrli niyyətlərini həyata keçirmək istəyindən irəli gələn bir neçə paralel, əgər belə demək mümkünsə marşrutun qət etdiyi yolda qonşumuz olan, əslində isə uzun illərdən bəri süni rəqabət və hətta qapalı düşmənçilik xisləti ilə bizə qarşı çıxan möhtəkir daşıyıcılardan fərqli olaraq mən kart sisteminə keçəcəyimz vaxtın dəqiq tarixini bildirirəm. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, bu möhtəkirlər  Ziya Məmmədov "xilafəti”, Məmmədovlar sülaləsi dövründə də müxtəlif yollarla digər daşıyıcılara qarşı iyrənc üsullardan istifadə etməklə öz məqsədlərinə çatmış, paytaxtın sərnişindaşıma sistemində bütün strateji marşrut xətlərini ələ keçirərək böyük oliqarxiya səltənəti yaratmağa nail olmuş, indi də həmin metod və üsullardan istifadə edərək 94 saylı marşurut xəttini ələ keçirməyə çalışırlar”.


Ayğül Süleymanova,

"Yeni Sözçü qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti