Bakı Nəqliyyat Agentliyi sahibkarlığı məhv edir

Bakı Nəqliyyat Agentliyi sahibkarlığı məhv edir

Ötən ilin dekabrın 21-də prezident Fərmanı ilə Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədi ilə yaradılmış Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlar-başlamaz bəzi sahibkarlıq subyektlərinin məhvinə səbəb olacaq qərarlar verməyə başlayıb. Bakı Nəqliyyat Agentliyinin martın 31-də mətbuata verdiyi açıqlamada 63 saylı marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün 63 saylı marşrut xəttin fəaliyyətinin 01 aprel 2016-cı il tarixindən etibarən dayandırıldığı bildirilir. Çox maraqlıdır ki, 63 saylı marşurut üzrə hərəkət edən "İ–Qafqaz” Firmasına məxsus avtobuslar bir il əvvəl, Birinci Avropa Oyunları ərəfəsində daha yaxşı vəziyyətdə olmasına görə "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qərarı ilə 94 saylı xəttdən çıxarılaraq şəhərin mərkəzi hissəsi ilə hərəkər edən 6 saylı marşurut xətti üzrə işləməsinə qərar vermişdilər. "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin o zamankı rəhbərliyi "İ-Qafqaz” Firmasının rəhbərliyi arasında əldə olunan razılaşmaya görə, Firmanın 94 saylı marşurut xətti üzrə hərəkət edən avtobusları Birinci Avropa Oyunları zamanı paytaxt qonaqlarına xidmət etməli, Oyunlar başa çatandan sonra isə öz əvvəlki xətti üzrə davam etməli idi. 17 gün davam edən Birinci Avropa Oyunları 28 iyun 2015-ci ildə başa çatsa da, məmurların "İ-Qafqaz” Firmasını məhv etmək niyyəti daşıyan oyunları bitmək bilmir. Belə ki, 2015-ci il 28 iyul tarixdə Birinci Avropa Oyunları başa çatsa da, "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-i "İ-Qafqaz” Firmasına məxsus avtobusları vədinin ziddinə olaraq 94 saylı marşurut xəttə qaytarmaqdan imtina edir. Həmin ilin iyuluda MMC-nin rəhbərliyi dəyişilsə də yeni rəhbərlik də sələfinin vədini yerinə yetirməkdən imtina edərək, "İ-Qafqaz” Firmasına məxsus avtobusların 63 saylı marşuruta çevrilən 6 saylı marşurut xətt üzrə davam etməsində israr edir. Bu vəziyyət "İ-Qafqaz” Firmasına ciddi maliyyə itirməsinə səbəb olsa da, şirkət güzəştə gedərək  "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qərarı ilə razılaşır. Ancaq bir müddət sonra həmin 63 saylı marşurut xəttin özü də qısaldılır. Bütün bu çətinliklərə rəğmən fəaliyyətini davam etdirməkdə qərarlı olan "İ-Qafqaz” MMC-yə son zərbəni də Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi vurur. Maraqlıdır ki,  "İ-Qafqaz” Firması 18 ədəd avtobusun 63 saylı marşurut üzrə işləməsi üçün aprel ayı üçün dövlət rusumunu da ödəyibmiş. Ancaq buna baxmayaraq Agentlik sahibkarlıq qubyektinə, "İ-Qafqaz” Firmasına heç bir xəbər vermədən 63 saylı marşurut xəttinin ləğvi haqqında mətbuata məlumat verir. Agentlik bu qəarrı ilə son 18 il ərzində nəqliyyat daşıma sektorunda peşəkarlaşan bir sahibkarlıq subyektinin faktiki məhvinə qərar verir. Çünki, "İ-Qafqaz” Firmasının avyobusların alınmasına görə bankalara iki milyon manata yaxın kredit borcu var və bundan sonra həmin borcları ödəyə bilməyəcək. Eyni zamanda "İ-Qafqaz” Firmasında çalışan 50 nəfər işçi artıq ailələrinə çörək qazancı yeri olan iş yerlərini itirdilər.

Çox maraqlıdır ki, bütün dünyada inkişafın lokomotivi kimi görülən sahibkarlar Azərbaycanda məmur təbəqəsinin zülmü altında məhv olur. Hətta prezident İlham Əliyevin də sahibkarlığıa dəfələrlə dəstək bildirməsi vəziyyəti dəyişə bilmir. Əksinə, prezidentin ötən ilin dekabrında yaratdığı Agentlik fəaliyyətə başlar-başlamaz sərnişin daşıma sahəsəində 18 illik təcrübəsi olan bir sahibkarlıq subyektini məhv edən qərar verməkdən çəkinmir. Halbuki, Agentliyin sələfi hesab olunan gedərək  "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-i məhz belə fəaliyyətinə görə ləğv olunmuşdur.

İstisna deyil ki, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin bu qərarı oliqarxların maraqlarına xidmət edir. Kiçik və orta biznesin məhvi hesabına oliqarxların maraqlarının təmin edilməsi siyasəti isə sonda iqtisadi böhranı daha dərinləşdirəcək. Ancaq aydın hiss olunur ki, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi bunun fərqində deyil.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti