8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Aqrolizinq” ASC-yə ayrılmış büdcə vəsaitləri isə az deyil. Məsələn, 6 000 baş Simmental cinsli damazlıq heyvanlarının satın alınması üçün büdcədən nə az, nə çox düz 29 milyon 600 min manat ayrılıb. Təxminən biri 5 min manata alınan həmin 6 min baş Simmental cinsli damazlıq heyvanın sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Bir ədədi təxminən 5 min manata alınan heyvanların kimlərə verilməsi ictimaiyyətə açıqlanmalıdır. Bunu bilmək Azərbaycan xalqının haqqıdır. Onu qeyd edək ki, bir ədədinə 5 min manat büdcə vəsaiti sərf olunmuş həmin 6 min baş Simmental cinsli damazlıq heyvan "Novero İnvest LTD” Azərbaycan Respublikasının Nümayəndəliyindən alınıb. Çox maraqlıdır ki, "Novero İnvest LTD” Azərbaycan Respublikasının Nümayəndəliyi 29 milyon 600 min manatlıq maliyyə əməliyyatından cəmi bir neçə ay əvvəl yaranıb. Belə ki, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi ev 4/6 B yerləşən, Musa Xəlil oğlu Ələsgərin direktor olduğu "Novero İnvest LTD” Azərbaycan Respublikasının Nümayəndəliyi 2017-ci ilin martında yaradılıb. Bundan çox qısa zaman sonra "Novero İnvest LTD” Azərbaycan Respublikasının Nümayəndəliyi ilə 29 milyon 600 min manatlıq əməliyyat aparılıb.
"Aqrolizinq”in şübhəli tenderləri
Çox maraqlıdır ki, 1000 baş Holştin-friz cinsli damazlıq heyvanların satın alındığı "Longmar Networks LTD” Azərbaycan Respublaikasının Nümayəndəliyi də alqı-satqı əməliyyatından çox qısa zaman əvvəl yaranıb. Bu əməliyyat üçün 4 milyon 400 min manat ayrılıb. "Longmar Networks LTD” Azərbaycan Respublaikasının Nümayəndəliyi də 4.4 milyon manatlıq əməliyyatdan çox qısa zaman əvvəl, 20.02.2017-ci ildə yaradılıb. Mahir Əli oğlu Xəlilov adlı şəxsin direktor olduğu "Longmar Networks LTD” Azərbaycan Respublaikasının Nümayəndəliyinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə ev 45-də yerləşir.
İndi bu əməliyyatlara qiymət vermək, bir ədədi təxminən beş min manata alınan 6 min baş Simmental cinsli damazlıq heyvanın və bir dədəi 4.4 min manata alınan heyvanların kimlərə, hansı şərtlərə verilməsinə aydınlıq gətirmək isə nazir İnam Kərimovun borcudur. Bu məsələ ilə bağlı "Yeni Sözçü” qəzeti bu məsələrə aydınlıq gətirmək üçün araşdırmalarını davam etdirəcək. Bu araşdırmalar sabiq nazir Heydər Əsədovla sabiq ASC-i sədr Elşən Məmmədovun bahalı damazlıq heyvan əməliyyatına aydınlıq gətirəcəyinə ümid edirik.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti