Qorxulu “gen mühəndisliyi” həyatımızı risqə atır

 


 

             Geni dəyişmiş məhsullar gələcəyimizi məhv etməkdədir

 


"Geni Dəyişdirilmiş Orqanizmlər” (GDO) artıq həyatımızın bir parçası olmaqla yanaşı, həm də gələcəyəimizin məhvinə hesablanmış ən qorxulu strateji hədəfdir. Bu barədə dəfələrlə ölkə KİV-lərində həyəcan təbili çalınsa da, kənd təsərrüfatı nazirliyi, dövlət gömrük komitəsi, səhiyyə nazirliyi və digər dövlət qurumları neçə illərdir heç bir ciddi addım atmırlar. Azərbaycan xalqının "Qarabağ faciəsi”ndən də dəhşətli və qorxulu olan bu bəla hər gün qapımızı döyməkdədir. Nəinki bu günümüzü, hətta gələcəyimizi də təhlükə altına alan qorxunc GDO siyasətinə qarşı hakimiyyət indiyə kimi heç bir ciddi addım atmayıb. YAP siyasətindən dödrdəlli yapışanlar elə sanmasınlar ki, onların cibləri dolduqca rahat və firəvan yaşayırlar. YAP GDO siyasətinə göz yumduqca "Türksüz Azərbaycan”, "Türksüz Qafqaz” və "Türksüz Dünya” siyasətini hədəfləyən ermənilərlə eyni bir cərgədə yer aldıqlarının fərqində belə deyillər. Budur korazehin inhisarçılıq.

Kimdir qanunlara tüpürən?

21-ci yüzildə dünyada nüvə savaşlarından, qlobal istiləşmədən, terrorizmdən və s. bu kimi süni və təbii fəlakətlər qədər təhlükə altına qoyan daha bir fəlakət var. Bu fəlakətin adı geni dəyişdirilmiş qida məhsullarıdır (GDO). GDO-lu qidalarda orqanizmlərsüni olduğu üçün ətraf mühit və ekosistem üçün də zərərli olur. Bu cür məhsulların insan orqanizminə zərərli olması dünyanın çox ciddi elmi tədqaqatları tərəfindən sübut olunub.

Bu məhsulların ölkəmizə gətirilməsi qanunla qadağan olunub. Azərbaycanın ərazisinə geni dəyişdirilmiş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə qadağan olunmuşdur. Hətta geni dəyişdirilmiş bitkilərə nəzarəti Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinidən ibarət Ekspert Şurası həyata keçirir. GDO bitkilərinin təyini AMEA Genetik Ehtiyatlar İnstitutu və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtisaslaşmış laboratoriyalarında həyata keçirilir. Bu barədə İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərə görə transgen bitkilərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə fiziki şəxslər üç min manat, vəzifəli şəxslər on min manat, hüquqi şəxslər əlli min manat miqdarında cərimə edilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin açıqlamasına görə,  Azərbaycana GDO-lu qidalar və toxumlar gətirilmir. GDO-lu məhsulların gətirilməsi və  istehsal edilməsi qadağandır. Azərbaycanın iqlimi, təbiəti, torpağının bərəkətliliyi və s. imkan verir ki, ölkəmiz xalqı üçün keyfiyyətli, orqanik cəhətdən təmiz kənd təsərrüfatı bitkiləri və sənaye məhsulları istehsal etsin. Belə olduğu təqdirdə, biz nə üçün kənar müdaxilə nəticəsində meydana çıxan hər hansı məhsulun satışına şərait yaratmalıyıq? Bu sahəni ciddi nəzarətdə saxlamaq üçün komitənin tərkibində GDO-lu məhsulların analizi, sınağı laboratoriyası da yaradılıb. Mütəmadi olaraq bazarlardan, marketlərdən, satış yerlərindən nümunələr götürülür və yoxlanılır. Belə olduğu təqdirdə, GDO-lu ərzaq məhsulları və toxumlar ölkə bazarlarına necə daxil olur? Sözdə təntənəlıi şəkildə elan edilən: "Dövlət gigiyena qeydiyyatına alınmamış yeyinti məhsullarının satışı qadağandır” deməklə deyil. Faktiki olaraq, meyvə-tərəvəzlərin 90 faizi, mağazalarda satılan içkilərin və paketlənmiş ərzaq məhsullarının 80 faizi GDO-lu qidalardan ibarətdir. Bütün bunlar virus kimi gündəlik həyat tərzimizin bir parçasına çevrilib. Hətta TV kanallarda belə onlar geniş şəkildə reklam olunurlar. Əldə olunan milyardlarla gəlir bir qrup işbazın cibinə axır. Millətimizin genetik sağlamlığı daha da dəhşət saçan fəlakətə sürüklənir.

Dünyada hansı qida yasaqdırsa, onlara Azərbaycanın hər yerində rast gəlinir   

 

Endokrinoloq-diyetoloqlar bildirirlər ki, GDO-lu məhsulların insan orqanizminə toksik, allergik və xərçəng əmələgətirmə kimi xroniki təsirləri var. GDO-lu qidalar laboratoriya şəraitində yetişdirilən məhsullarıdır. Bu cür məhsullar ötən yüzilin 90-cı illərindən bəri etirazlar səbəbindən Avropa ölkələrində istifadə edilmir. GDO-lu məhsulların heyvan və bitki populyasiyalarına olduqca zərərlidir. Ən əsas problemlərdən biri də budur ki, GDO-lu məhsullar orqanizmimizdə geridonüşü olmayan dəyişikliklərə səbəb olur. GDO-lu yemlərlə bəslənən heyvanlardan əldə olunan süd, yumurta və ət sağlam olmur. GDO-lu yemlərantibiotikə qarşı davamlı, məhv edilə bilməyən bakteriyalar əmələ gətirməsidir. İnsanlar bu cür qidalarla qidalandıqda bu cür dözümlü bakteriyaları əldə etmiş olurlar. Bu bakteriyalar təsirini yavaş-yavaş göstərərək, bir neçə il sonra hər hansı bir xəstəliyin yaradır. Belə maddələr əsasən qarğıdalı, soya və s. kimi qida məhsullarına verilir. GDO-lu məhsulların heyvanlar üzərində aparılan təcrübəsi zamanı zərərli olduğu aşkarlanıb. Məsələn, genetikası dəyişdirilmiş pomidorla bəslənən şiçanlarda mədə xorası xəstəliyi aşkarlanıb. Bundan əlavə, GDO-lu soya ilə bəslənən siçanlarda qaraciyər və mədəaltı vəzin funksiyalarında pozğunluqlar meydana gəlib. Heyvanlarda fəsadlar yaradan bu məhsullar təsəvvür edin, insan üçün nə qədər təhlükələr yaradar?

 

Qida və yemlərin gətirəcəyi dəhşətli bəla

 

İngilis və kanadalı alimlər, "Microbial Ecology in Health and Disease” adlı elmi məqalələrində qida və yemlərin zərərlərini sübut edərək, yaranacaq gələcək bəlanı bütün dünyaya çatdırdılar.

2005 - 2006-cı illərdə Rusiya Elmlər Akademiyasının alimləri geni dəyişdirilmiş (GDO) soya ilə siçovulları bəslədilər. Bu siçovullar hədsiz dərəcədə kiçik balalar doğdu. Siçovul balalarının əksəriyyəti 3 həftə içində öldü. Nəticələr elmi dərgilərdə və konfranslar olmaq üzrə 100-dən çox ölkədə yayımlandı. Min dəfələrlə təəssüflər olsun ki, Azərbaycan başdan-baş soya yağlarının girovuna çevrilib. O yağları ölkəmizə kimlərin ixrac etdiyi də hər kəsə bəllidir. Özəlliklə inhisarçı "AzerSun” şirkəti. Ötən əsrin 90-cı illərində "TekSun” şirkəti ilə Azərbaycanın qida bazarına daxil olan bu şirkət indiyə kimi fəaliyyətini davam etdirməkdir. Soya yağları haqqında uydurma sertfikatlarla özünə haqq qazandırmaqla deyil, insan həyatına gətirdiyi təhlükələrdən və zərərin miqyasından danışmaq gərəkdir. 

2004-2005-ci illərdə Hindistanın Madya Pradeş bölgəsində GDO-lu pambıq yığımı ilə məşğul olan yüzlərcə işçilərdə ciddi alergiyalar baş verdi. Elmi araşdırmalar və nəticələri "Science and Society” adlı məqalədə 2006-cı ildə bütün dunyaya çatdırıldı. GDO-lu məhsulları yeyən qoyunlar öldü. Bu olaya görə sorumlu olan şirkətlər isə çoxdan aradan çıxmışdılar. Hətta onları idarə edənlərin saxta pasportla bu fəaliyyətlərdə bulunduqları da üzə çıxdı. 2005-ci ildə Avstraliya fəaliyyət göstərən "Commonwealth Scientific and Industrial Research Organizationda” şirkətində çalışan elm adamları, normalda zərərsiz bir protein sintez edən transgenik soya ilə siçovullar üzərində test apardılar. GDO-lu soya siçovulların ağciyərlərində iltihablaşmaya səbəb oldu və soyanın içərisinə daxil edilən yad proteinin, digər qidalardakı proteinlərlə müqayisədə on dəfədən artıq ağciyərlərdə iltihablaşmanı yaratdı. 2003-cü ildə Filipinin kəndində Monsantonun GDO-lu qarğıdalı sahəsində işləyən kəndlilərində müxtəlif xarekterli xəstəliklər meydana çıxdı. Kəndlilərdən götürülmüş qan nümunəsində laborator müayinələrin nəticəsinə görə həmin şəxslərdə bu qidaya qarşı antikorların olduğu müəyyənləşdi. Bu şəxslərdən beş nəfəri dünyasını dəyişdi, bəzilərinin xəstəlikləri hələdə davam etməkdədir. Elmi araşdırmalar və nəticələri "Science and Society” adlı məqalədə bütün dünyaya çatdırıldı. 2004-ci ildə Monsantonun gizli araşdırma mərkəzi GDO-lu qarğıdalı ilə qidalanan siçanlarda ciddi böyrək və qan xəstəliklərinin olduğunu aşkar etdi. İnəklər öldü.2001-2002-ci illərdə Almanyanın Hesse bölgəsində GDO-lu qarğıdalı yedizdirilən yüzlərlə inəklər öldu. Bundan başqa inəklərdə bir sıra xəstəliklər meydana çıxdı və xəstə heyvanlar kəsilərək tələf edildi. 1998-ci ildə, İsveçrədə Arpad Pusztai və dostları GDO-lu kartofla bəslənən siçovulların bütün orqan sistemlərində patologiyanın meydana gəldiyini sübut etdilər. Elmi araşdırmalar və nəticələri 2003-cü ildə bütün dünyaya çatdırıldı. Həmin ildə Misirdəki alimlər oxşar əlamətləri GDO-lu pomidorla qidalanan siçovullarda aşkar etdilər. Nəticələr 1998-ci ildə "Nat Toxins” adlı elmi dərgidə və konfranslar olmaq üzrə bir çox ölkələrdə yayımlandı. Azərbaycanda isə bütün bunlara göz yumulması siyasəti davam etməkdədir.

 

GDO-lu məhsulların təhlükəsi

Azərbaycanda genei dəyişdirilmiş məhsullara hər addımda təsadüf olunur. Xüsusilə

bu məhsulları xaricdən gətirilmiş məhsullarda görmək olar. Müasir genetika artıq bir çox sədləri aşmışdır və onun üçün bitki və ya heyvanın geninə hər hansısa bakteriyanı daxil etmək çətinlik təşkil etmir.Misal üçün, söhbət geni dəyişdirilmiş kartofdan gedirsə, bu o deməkdir ki, onun genetik koduna əqrəb genləri daxil edilmişdir. Bununla kartof tərəvəz kimi ziyanvericilərə qarşı müqavimət əldə edir və daha məhsuldar olur. Yaxud buğdaya onun tərkibində olmayan vitaminlərin, fermentlərin genləri daxil edilir. Bunun nəticəsində buğdanın məhsuldarlığı dəfələrlə artır.İlk bağışdan GDO sənayesi iqtisadi artıma yolu ilə bolluğa yardım edir. Lakin, məhsulların tərkibində yad orqanizmlərin genlərinin olması ideyası təbii prosesslərə ziddir. İndiki halda vizual olaraq belə məhsulları ayırd etmək bir qədər çətindir. Ancaq, bütün hallarda elm bu məhsulları sadəcə "potensial təhlükəli məhsullar” kimi adlandırır. Yaranmış parodoksal durum ondan ibarətdir ki, bu barədə qəti addımlar atmaq əvəzinə, rəsmi qurumlar hər zaman seyrçi mövqedə dayanıblar. Beləliklə də rəsmi hakimiyyət yetkililəri kənara durub, GDO məhsullarının zərəri haqqında susur.

Belə bir məntiqli sual yaranır: mənfi təsirini idarə və nəzarət edə bilinməyən məhsullar nə səbəbə yaradılır? Alimlər gələcəkdə gözlənilən inkişaf və mutasiya prosesslərinin deformasiyası haqqında niyə susur? Cavab sizi təəccübləndirəcək. Bu məhsullar ilk dəfə istehsal olunanda, onlar 3-cü dünya ölkələri və Afrika ölkələrinə ixrac üçün nəzərdə tutulmuşdur. Belə deyək, aclıqdan əziyyət çəkən ölkələrə köməklik məqsədilə aparılan eksperimental layihə. Lakin, artıq neçə ildir ki, "aclıqda olan” Afrika ölkələri belə, GDO-lu  məhsulların idxalına qadağa qoyublar. Sadə dildə desək, GDO qidalarının Afrika ölkələri onun qəbulundansa acından ölməyi üstün tutmuşdur.

Qeyd etdiyimiz kimi, belə məhsulları vizual olaraq tanımaq, seçmək olduqca çətindir, lakin mümkünsüz deyil. Belə məhsulların bir neçə ortaq əlaməti olur:

– Uzunmüddətli saxlanma qabiliyyəti (belə məhsullar gec xarab olur).

– Bu məhsullara qurdlar və bakteriyalar hücum çəkmir.

– GDO məhsullarının hamısı sanki eyni standart ölçüdə olur, parlaq və hamar səthə malik olur.

– Belə məhsulları kəsib saxladıqda, onlar nə rəngini, nə də formasını dəyişir.

Həyatımızı hər addımda təhlükə ilə üz-üzə qoyan bu məhsulları geridə qalmış Afrika ölkələri belə rədd etdiyi halda, Azərbaycanda GDO-lu toxumları və qidaları kimlərin gətirdiyi, nədən xalqımıza qarşı bunca dəhşətsaçan gizli soyqırım siyasət yürüdülməsi siyasətinin yürüdülməsi anlaşılan deyil. Bir yandan millətin cibini soy, digər yandan onu ölümün ağuşuna at və sonra hansısa "sertfikat”la sığortalan. GDO-lu qidalara qarşı nə qədər ki, ictimai qınaq və sosial hərəkatlar yaranmayıb, bu soyqırım siyasəti də davam edəcək. Bunun qarşısını hamılıqla aldığımız zaman, sağlam həyat dediyimiz qaydalar da özü yerini tutacaq.

 

Ənvər BÖRÜSOY,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti