8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, bunu "Əsrin müqaviləsi"nə həsr olunmuş konfransda energetika nazirinin müavini Elnur Soltanov deyib.
E.Sultanovun sözlərinə görə, Azərbaycan özünün enerji tələbatını tam ödəyə bilər: "Müqayisə üçün deyim ki, Azərbaycanın bu gün illik istifadə etdiyi enerji 4000 MVt-ın altındadır. Yəni Azərbaycan özünü tamamilə bərpa olunan enerji qaynağı ilə təmin etmək iqtidarındadır. Təbii ki, bərpaolunan enerji hələ daha bahadır. Təbii qazla müqayisədə onun enerji istehsalına yönəlməsi hələ rəqabətqabiliyyətli deyil. Burada subsidiyalar əhəmiyyətli ola bilər. Ancaq bütün hallarda hesablamalar göstərir ki, günəş və külək enerjisindən istifadə ilə nəinki ətraf mühitə daha az zərər vermək, eyni zamanda təbii qaza qənaət etmək mümkündür. Bu sahədə artıq addımlar atılıb. Artıq bir neçə qlobal şirkətlə danışıqlar aparılır və yaxın zamanda bu barədə açıqlama veriləcək".