8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Energetika Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, bunun 687 min barelini xam neft, 89 min barelini kondensat təşkil edib. Gündəlik 577 min barel xam neft, 82 min barel kondensat, 26,4 min barel isə neft məhsulları ixrac edilib.
Qeyd edək ki, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair 7 dekabr 2018-ci il tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında orta gündəlik neft hasilatı 764 min barel təşkil edib.
Energetika Nazirliyi noyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, cari ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. Gələn ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.